English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Səid Nəimi həbs edildi

Tanınmış jurnalist, insan haqları fəalı və Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMEK) qurucularından biri seidolan Səid Nəimi daha öncə məhkum olduğu bir il həbs müddətini tamamlamaq üçün sentyabrın 24-də Təbriz zindanına göndərilib.

Kərəcli türk fəal 2011-ci ilin may ayında İranın təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınıb. O əsasən Kərəc və Təbriz şəhərlərinin Ettelaat idarələrində tək adamlıq kamerada sorğu-sual edilib, təxminən səkkiz ay həbsdə saxlandıqdan sonra 70 milion tümən məbləğində zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Səid Nəimi Təbriz məhkəməsi tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat”, habelə “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə casusluq” etməkdə ittiham edilərək iki il həbsə məhkum edilmiş, lakin məhkəmənin qərarını  apellyasiya etdikdən sonra onun casusluq ittihamı ləğv edilib və həbs cəzası bir ilə endirilib.

Səid Nəimi Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMEK) sözçüsü və qurucularından biri, eləcə də ötən illərdə türk və fars dillərində nəşr edilən Səs dərgisinin məsul redaktoru olmaqla yanaşı, İran universitetləri məzunlar birliyinin mərkəzi şurasının üzvü və İran tələbə hərəkatının tanınmış fiqurlarındandır

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter