English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

ABŞ-la İran arasında tarixi hadisə

Cümə günü Bakı vaxtılə axşam saatlarında ABŞ və İran prezidentləri arasında telefon danışığı olub. Xəbəri mətbuat konfransında Barak Obama təsdiqləyib.ruhani-obama

1979-cu il İrandakı islam inqilabından bəri ilk dəfədir ki, 2 ölkə başcısı bir-birilə danışırlar.

İRNA agentliyi xəbər verir ki, telefon söhbəti İran prezidenti Nyu York hava limanına gedərkən, maşında baş tutub.

Mətbuat konfransında Obama deyib ki, İranla Amerika arasında nüvə proqramı ilə bağlı razılığın əldə olunacağına inanır. "Asan olmayacaq, lakin inanıram ki, biz məsələnin əsaslı həllinə nail olacağıq", – deyə Barack Obama qeyd edib.

İranın nüvə proqramları bu ölkə ilə Qərb arasında gərginliyin əsas səbəbidir. Həsən Ruhani prezident seçiləndən sonra onun Qərbə qarşı daha mülayim siyasət yürüdəcəyi gözlənilirdi.

Həsən Ruhani atom proqramları ilə bağlı danışıqlara hazır olduğunu bəyan edəndən sonra, BMT-nin sessiyasında onun Obama ilə görüşəcəyi haqda proqnozlar da verilmiş, lakin belə bir tarixi görüş baş tutmamışdı ("Azadlıq" radiosu).

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter