English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

BAGT 22 maya görə alsiya keçirdi

AZOH: Bütöv Azərbaycan Gənclər Təşkilatının fəallarə Fəvarələr meydanında 22 may 2006-cı il olaylarının ildönümülə əlaqədar aksiya keçirdi. Aksiya Nizami muzeyinin yanından başladı. BAGT-cilər Güney Azərbaycanın bayrağı üzərində “ Güney Azərbaycana azadlıq” şüarıla meydanda yürüş etdilər..

Aksiyada iştirak edən BAGT sədri Ruslan İzzətli mətbuat nümayəndələrinə bildirdi: “ Bizim bu aksiyamız Güneydəki milyonlarla soydaşlarımıza mənəvi dəstəkdir. Bildiyiniz kimi 22 may 2006-cı ildə İran adlanan məkanda rəsmi dövlət qəzetində soydaşlarımız təhqir olunub. Bu hadisədən 5 il keçir, buna baxmayaraq hər il Güney Azərbaycanda soydaşalrımız fars-molla rejiminə qarşı aksiyalar təşkil edirlər. Biz də fars-molla rejiminin bu diktatur siyasətinə etiraz edirik və soydaşlarımızın haqqının tanınmasını istəyirik. 35 milyondan cox bir millət zindanda yaşaya bilməz...”

Tədbirdə GAMOH-un Bakı nümayəndəliyinin rəhbəri Ağrı Qaradağlıda iştirak edirdi.

Aksiya polis nümayəndələri tərəfindən dağıdıldı. Ruslan İzzətli, Ağrı Qaradağlı və bir cox BAGT fəalları saxlanıldı. ...İzahat alınandan sonra saxlanılanlar azadlığa buraxıldı..

BAGT-nin mətbuat xidməti...

http://up.iranblog.com/images/r8y2rwukysrgz0ordui.jpg

http://up.iranblog.com/images/dd9xvpefskewj8u1sha.jpg

http://up.iranblog.com/images/3ipzsb79tzyqx0e4twd.jpg

http://up.iranblog.com/images/6ik9yfzaoc4gakccir4t.jpg


Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter