English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Güney Azərbaycan May/xürdad/ ayaqlanmasının 5-ci ildönümü ilə bağlı İsveçön Yöteburq şəhərində keçirilən “Yürüş-Mitinq”-in Rapor və Qətnaməsi”!

AZOH: Fars rasizminin Azərbaycan Türk Millətinə qarşı göstərdiyi silsiləvi aşağılamalardan dolayı Güney Azərbaycanda ulusal ayaqlanmanın 5-ci il dönümündəyik. 22-may 2006-cı ildə, millətimizin fars rasizminə qarşı ayaqlanması 10-larca şəhid, 100-lərcə yaralı, 1000-lərcə tutuqlamalarla sonuclansa da, Azərbaycan Milli Hərəkatında yeni demokratik və çağdaş mücadilə formasını ortaya qoydu. May/Xürdad/ qalxışması  millətimiz tərəfindən bağımsız və özgürlük qazanmaq yolunda ortaya qoyulan bir tarixsal iradədir. Güney də, göstərilmiş bu inancın millətləşmə izləmlərilə yanaşı dünyaya verdiyi mesajın da geniş boyutlarını unutmaq olmaz! Həmin ayaqlanmadan sona, dünyanın hər hansı yerində yaşamasından asılı olmayaraq millətimizin çeşidli qatmanlarında ruh yükşəlişı və ulusal kimliyinə yiyələnmə sürəci daha xızlı sürəc gazandı. Bu üzdən, dünyanın başa-başında millətimizin haq səsi ucaldı. 5-il bu ayaqlanmadan geçsə də, dünya çapında ayaqlanmalar və mitinqlər geçirilməkdədir.  Həmin mitinq və yürüşlərin bir də İsveçin yöteburq şəhərində keçirildi. AOQ, AZoh, GADP, GAQP, GAMOH-un birgə ortaqlığıyla keçirilən bu yürüşdə, ilgili qurumların sərbəstcəsinə mənimsədikləri simgələr geniş kütlə görüntüsünə verildi. Çeşidli plakartlar və yazılara Güney həqiqətləri işıqlandı. Təşkilatlar tərəfindən hazırlanmış broşurlar yayıldı. Güneyin, Qarabağın və millətimizin haqlı mücadiləsilə bağlı sloqanlar və anlatmalar verildi. Geniş seyrici kütlənin marağını qazanan mitinq-yuruş saat 18-oo da başlarkən saat 19-oo da sona çatdı. Yürüşçülər tərəfindən “Yürüş-Mitiq Qətnaməsi” təsdiq olundu.

Güney Azərbaycan May/xürdad/ ayaqlanmasının 5-ci ildönümü ilə bağlı İsveçön Yöteburq şəhərində keçirilən “Yürüş-Mitinq Qətnaməsi”!

1-      May/xürdad /2006-cı ildə Təbriz, Urmu, Ərdəbil, Zəngan, Sulduz, Xiyav və 10-larca şəhid düşən soydaşlarımızın qanının yerdə qalmamasını elan edirik.

2-      Bu ayaqlanmada hər türlü zərər çəkən soydaşlarımızın haqqının alınmasında əlimizdən gələni əsir gəməyəcəyik.

3-      Güneyimizin haq səsinin dünyaya yayılması üçün birgə əməkdaşlığa daha özən göstərəcəyimizə söz veririk.

4-      Güney azərbaycanın milli istəklərinin mücadiləsinə qeydsiz yanaşan MBT və başqa uluslararası örgütlərin fəal olmasını istəyirik. Bu yöndə, Amnesti və buna bənzər etibarlı örgütlərin daha da fəal olmasını istəyirik.

5-      İranın farsçı rejiminin Azərbaycan Türk Millətinə qarşı düşmən tutumunu şiddətlə qınayır, türk tutuqlularının dərhal azadlığa buraxılmasını istəyirik.

6-      Hər gün, rejim tərəfindən milyonlarca azərbaycanın yerüstü və yeraltı sərvətləri fars bölgələrinə daşınılır. İran rejiminin bu oğruluğa son qoymasını istəyirik.

7-      Farsçı rejimin “Azərbaycan Respublikasına”qarşı antı dövlət təxribatı xızla dəvam etməkdədir. Azad və bağımsız bir dövlətin işlərinə qarışmaq eyni təcavuzdur. Bu təcavuza son qoymağı və bu təcavuzdan dolayı Azərbaycan Respublikasından rəsmi üzür diləməyi tələb edirik.

8-      Qarabagın erməni işğalından qurtuluşu hər birimizin ən böyük diləyimizdir. Bu yolda aldadıcı sametlərin və çeşidli diplomatic yönlərin nəticəsizliyi göz qabağındadır. Azərbaycan hakimiyyətinin bu yolda millətə söykənişini və torpaqlarımızın hər turlu yol ilə işğaldan azad olmasını tələb edirik.

Azərbaycan Oğuzlar Qrupu (AOQ)

Azərbaycan Öyrənci Hərəkatı ( AZoh)

Güney Azərbaycan Demokrat Partiyası (GADP)

Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GA MOH)

Yöteburg-İsveç

2011-05-21

http://www.youtube.com/watch?v=bVhhhXwO5-A

http://up.iranblog.com/images/8ls91z2mibzz5i8xv9xm.jpg

http://up.iranblog.com/images/sunb10ek9i1tm9jrnqr.jpg

http://up.iranblog.com/images/1ebun8l0zoqmgu0tb2ah.jpg

http://up.iranblog.com/images/1re65rqkn90478u2130t.jpg

http://up.iranblog.com/images/t3cwugrfdcq72ipbyeo.jpg

http://up.iranblog.com/images/te7y0imlquzw52am6cuu.jpg

http://up.iranblog.com/images/vcgbvzn983310afbsi2t.jpg

http://up.iranblog.com/images/1zhepj1imtywv358cwn8.jpg

http://up.iranblog.com/images/1c4sok5jafl9hhhep2g.jpg

http://up.iranblog.com/images/tao6gsdu5icfyusm0gqc.jpg

http://up.iranblog.com/images/k8vebyljrxezak73tzyi.jpg

http://up.iranblog.com/images/5y8xoukw03agbkgbu9gn.jpg

http://up.iranblog.com/images/7nmhg4me9m68f6mw9ku.jpg

http://up.iranblog.com/images/fo7xsfioce9fjbtccol.jpg

http://up.iranblog.com/images/6wjx0ndb4fwogqc7jeq6.jpg

http://up.iranblog.com/images/tgdspngvkgvh60x193.jpg

http://up.iranblog.com/images/ewltrkowbanct8y08osa.jpg

http://up.iranblog.com/images/xucqjwoolpuk3ye2d7z.jpg

http://up.iranblog.com/images/48xm9k7t661g0j2elkm.jpg

http://up.iranblog.com/images/wu0fnwsxutpkcg9n4t3n.jpg

http://up.iranblog.com/images/9s9a7uvnyoym9syz62u.jpg

http://up.iranblog.com/images/2p1zyc6y5j1152tc4td.jpg


Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter