English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Iran Azərbaycanında həbslər davam edir

İnsan haqları qrupları və güney saytları ötən günlərdə İran Azərbaycanında yeni həbslər və mühakimələrin həyata keçirildiyi, habelə bir neçə fəal haqqında həbs və sürgün hökmlərinin çıxarıldığı ilə bağlı məlumat yayıb.zindan

“Bazar günü sentyabrın 29-da fəallar Əli Səmədpur və Səhənd Məali Şərqi Azərbaycanın Sarab şəhərində Ettelaat məmurları tərəfindən həbs edilib və Sarab zindanına köçürülüblər”- deyə Araz News veb səhifəsi qeyd edib. Milli fəalların daha öncə məhkum olduqları həbs müddətini keçirmək üçün zindana göndərildiyi güman edilir.

Ötən may ayında Sarab İnqilab Məhkəməsi dörd sarablı fəalı türkçülük mövzusunda CD və vərəqə yaymaq və toplantılara qatıldıqları üçün “rejimə qarşı təbliğat aparmaq” və “ali ruhani lideri alçaltmaq” kimi ittihamlar ilə muhakimə edib, Həmid Tövhidi və Əli Səmədpuru iki il, Səhənd Məali və Seyyid Camal Musəvinijadı isə bir il həbsə məhkum etmişdi. Həmid Tövhidi Güney Azərbaycan təşkilatlarına üzv olmaqla ittiham edilib. Şərqi Azərbaycan apellyasiya məhkəməsi sentyabrın 26-da İnqilab Məhkəməsinin hökmlərini təsdiq edib.

Digər sarablı fəal Hamid Məlibabadi 6 aylıq həbs cəzasını çəkdikdən sonra ötən günlərdə Sarab zindanından azad edilib.

İnsan haqları qrupları Kərəcin Rəcayi-şəhr zindanında 11 illik həbs cəzası altında olan təbrizli əmək fəalı Şahrux Zamaninin əlavə 6 ay həbsə məhkum olunduğu ilə bağlı xəbər yayıb. Təbriz İnqilab məhkəməsi Zamanini “İranın ali ruhani liderini alçaltmaq”da ittiham edib.

Təbriz Səsi veb səhifəsi isə Qərbi Azərbaycan vilayətinin Maku (Makı) şəhərindən olan müəllim Bəhmən Nəsirzadənin iki il müddətinə Zəncan vilayətinin Qeydar şəhərində sürgündə yaşamağa məhkum olunduğunu bildirib. Məlumatda bildirilir ki, güneyli müəllim dərs kitablarında dərc edilən anti-türk yazılarla bağlı İranın təhsil nazirinə məktub yazdığı üçün sürgün hökmü ilə üzləşib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter