English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Əli Laricani: Ermənistan bizim dost və qardaş ölkəmizdir

Bu fikirləri İran parlamentinin sədri Əli Laricani, işğalıçı Ermənistanın parlament sədri Ovik Abramyan ilə görüşdə səsləndirib.laceverdi

Dünya parlamentlərarası iclasında iştirak etmək məqsədi ilə İsveçrənin Cenevrə şəhərində bulunan Ə.Laricani Oktyabrın 8-də (mehrin 16-da) işğalçı Ermənistanın parlament sədri Ovik Abramyanla görüşüb.

Ə.Laricani Abramyanla görüşdə iki ölkənin müxtəlif sahələrdəki işbirliyini yüksək qiymətləndirərək bildirib ki, bəzi qüvvələrin yaramaz cəhdləri bizim əlaqələrimizə təsir edib və onu məhdudlaşdıra bilməz.

O, Ermənistanın İran tərəfindən dost və qardaş ölkə kimi qəbul edildiyini vurğulayaraq, iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf edəcəyini bildirib.

Ermənistanın parlament sədri isə İran məqamları ilə görüşlərdən məmnun olduğunu bəyan edərək bildirib ki, “biz hər zaman İranın sevinci ilə sevinib və kədəri ilə kədərlənirik!”

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter