English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İrandan Azərbaycana sərt ittiham

“Azərbaycan sərhədçiləri İran vətəndaşlarını sıxışdırır”marziyeh

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Marziyeh Afkram rəsmi Bakının ünvanına sərt ittihamla çıxış edib. O, Azərbaycanla sərhəddə iranlıların sıxışdırılması haqda bəyanat verib.

Virtualaz.org İranın “Fars” agentliyinə istinadən xəbər verir ki, M.Afkram rəsmi Tehranın İran vətəndaşlarına qarşı Azərbaycan sərhədçilərinin “sərt rəftarı” ilə bağlı narahatlıq ifadə edib. İran XİN rəsmisi bildirib ki, bu məsələ ilə bağlı məhkəmələrə müraciət edilib.

İran rəsmisinin bildirdiyinə görə, ölkə vətəndaşlarının Azərbaycanla sərhəd keçid məntəqələrində “kobud rəftarla” üzləşdiyinə dair məlumatlar Bakıdakı səfirlikdən daxil olub.

M.Afkram bu məsələ ilə bağlı rəsmi Bakıya etiraz çatdırıldığını açıqlayıb.

Bu narazılığın təfərrüatları açıqlanmır. Agentlik xatırladır ki, ötən həftə İran vətəndaşı Bakıda İsrail səfirliyini partlatmaq ittihamı ilə 15 il həbsə məhkum edilib. Bakıdakı İran səfirliyi bu hökmə etiraz bildirib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter