English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İran həbsdə olan 3 Azərbaycan vətəndaşını Bakıya qaytarır

İran İslam Respublikası həbsdə olan 3 Azərbaycan vətəndaşını Bakıya qaytarır.iran-turme

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, İran tərəfi ilə aparılmış danışıqların nəticəsi olaraq bu ölkədə həbsdə olan Kamal Qədirov, Eyvaz Məmmədov və Zamin Həsənov adlı şəxslərin Azərbaycana qaytarılması barədə qərar qəbul edilib. Qərarla bağlı Azərbaycanın Tehrandakı səfirliyinə məlumat verilib. Yaxın günlərdə həmin şəxslər vətənə göndəriləcək.

«Azərbaycan dövləti həmişə olduğu kimi, bundan sonra da Azərbaycan vətəndaşlarının maraqlarını müdafiə etməkdə davam edəcək. Bizim də başlıca vəzifəmiz dövlətimiz tərəfindən qarşımıza qoyulan hədəfləri yerinə yetirməkdir», – deyə E. Abdullayev vurğulayıb.

Amerikaninsesi

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter