English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Qərbi Azərbaycanda əhalinin etnik kimliyi araşdırılır

Urmiyə şəhərində İran polisinin Qərbi Azərbaycan komandanlığına məxsus tətbiqi araşdırmalar mərkəzinin elmi işçiləri qeyri-fars etnik qrupların təhlükəsizlik davranışları, habelə gənclərin etnik və milli kimliyinə dair sosioloji araşdırma aparır.cenub

Yarı-rəsmi Fars xəbər agentliyinin bildirdiyinə görə, ötən 6 ay ərzində vilayətin polis komandanlığında çalışan 68 araşdırmaçı və elmi işçi həmin sahələrdə fəaliyyət göstərib.

Qərbi Azərbaycan polisinin tətbiqi araşdırmalar mərkəzinin başqanı Qəhrəman Həqiqinin sözlərinə görə, qeyri-fars etnik qrupları idarə etmək, qloballaşma və qeyri-fars qruplar, habelə bu cəmiyyətlərin davamlı təhlükəsizlik üzərində təsiri ilə bağlı tədqiqatla yanaşı İran və qərb ölkələrində etnik azlıqların hüquqlarına dair müqayisəli araşdırmalar aparılır.

“Mərkəzin prioritetlərindən biri qeyri-fars etnik qrupların təhlükəsizlik davranışları üzərində futuristik araşdırmaların həyata keçirilməsidir.

İranda adətən qeyri-fars etnik qrupların sayı ilə bağlı rəsmi statistika yayılmır. LookLex ensiklopediyasına istinadən, Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhər əhalisinin 90 faizindən çoxu etnik türk, qalanı isə kürd, aysor (Assyrian) və erməni icmalarından ibarətdir.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter