English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

NATO-NUN HƏRBİ TƏYYARƏLƏRİ TRABLUSU BOMBALAMAĞA DAVAM EDİR

AZOH: NATO-nun hərbi təyyarələri Liviyanın paytaxtı Trablusu bombalayır.

Hərbi bazaların hədəf alındığı hücumda ölənlərin sayının 19-a çatdığı açıqlanıb.

Borbardmanı "səlib kolonistlərin hücumu" olaraq xarakterizə edən Qəddafi hökuməti qurbanların çoxunun, ətrafda yaşayan dinc əhali olduğunu bildirib.

NATO tərəfindən verilən açıqlamada isə borbardmanın hədəfinin, hərbi anbar kimi istifadə olunan binalar olduğu ifadə edilib.

Digər tərəfdən Fransanın Müdafiə Nazirliyinin London və Parisin Liviyaya helikopter göndərəcəyilə bağlı açıqlaması, İngiltərə tərəfindən rədd edilib.

Bu barədə açıqlama verən İngiltərənin Müdafiə Naziri Nick Harvey, helikopter göndərmək məsələsində hələ qərar vermədiklərini bildirib.

ABŞ dövlət katibinin müavini Cefri Feltman isə müxaliflərin nəzarətində olan Bingazi şəhərində səfərdə olub.

Feltman, prezident Barak Obamanın liviyalı müxaliflərə təqdim etdiyi Vaşinqtonda nümayəndəlik açmaları təklifinin qəbul edilməsini məmnuniyyətlə qarşıladığını dilə gətirib.

Cefri Feltman, Liviyaya 53 milyon yarım dollarlıq humanitar yardım edəcəklərini də söyləyib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter