English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Netanyahu bütün dünyanı İrana qarşı təzyiq göstərməyə çağırdı

"İran beynəlxalq ictimaiyyəti aldatmağı qarşısına məqsəd qoyub"Netanyahu

 İsrailin baş naziri Benyamin Netanyahu İranla bağlı növbəti sərt çıxışını edib. İsrail rəsmisi beynəlxalq ictimaiyyətə İrana qarşı təzyiqi artırma çağırışı edib. Baş nazir etdiyi çıxışında İranla 5+1 ölkələri arasında Cenevrədə iki gün davam edən nüvə müzakirələrinə toxunub.

"Bugünə qədər sözdən başqa heç bir əməl görmədik. İran beynəlxalq ictimaiyyəti aldatmağı qarşısına məqsəd qoyub. Beynəlxalq təzyiqlər davam etməlidir".

Baş nazir çərşənbə günü İsraildə keçiriləcək bələdiyyə seçkilərinə də toxunaraq əhalini seçkilərdə fəal iştirak etməyə səsləyib.

Xatırladaq ki, Cenevrə müzakirələrə qatılan AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İranın nüvə müzakirələrinə təqdim etdiyi planı "mühüm təsir" kimi qiymətləndirərək noyabrın 7-8-də tərəflərin Cenevrədə növbəti konfransının keçiriləcəyini açıqlamışdı.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter