English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Güney Azərbaycan Demokrat Partıyası “GADP” sözcüsü Sayın Mahmud Bilgin ilə söyləşi

MahmudBilgin- Sayın Bilgin oxuyucularımıza özünüzdən söz edərmisiniz?

1956 –cı ildə Güney Azərbaycanın Urmu şəhində anadan oldum. 1977də Şah rejiminə qarşı savaşda ağır yaralandım .1978də elktroteknik üzrə diplom aldım İran islam diktatorluğuna qarşı mucadilə asası ilə 1987 də hayat yoldaşım Əfsanə Sulduzlu və qizim Ayda ila birgə Araz çayından keçdik. bu günə dək doğma yurdumdan, uzaqlarda milli ayrı seçgiliyə qarşı milli- siyaı feal kimi mübarizəni devam etməkdəyəm.

1997dən bəri bir sira dostlarla birgə Azərbaycan Kultur ocağı Savalan,Azərbaycan İsvec Fidrasiyonu ,qeyri Fars millətlərin ayrı seçgiliklərə qarşı birlik komitəsi,GAMOH və GADP təşkilatların qurucularından oldum.

7 il İsvecdən, Güney Azərbaycan Səsi Radiyosun yönətdım bu quruluşlar bir sira deyişiklərə rağmən hala çaba göstərməkdədirlər.indi isə Güney Azərbaycan Demokrat Partısı (GADP) nin sözçüsüyəm

İsvecin Göteborg şəhrində yaşayıram-üç uşağım, iki nəvəm var.

- Bizə biraz Güney Azərbaycan Demokrat Partıyası`ndan bilgiləndiriniz? (haçaq quruldu, amacları, düşüncələri nə yöndə.. Güney Azərbaycanda fəaliyəti varmi fəaliyət alanları hanki ölkələrdə daha çoxdur ..)

Güney Azərbaycan Demokrat Partıyası 22may 2008də ilk qurultayın keçirdərək, işə başlayıb .

GADP nın əsas istəyi Güney azərbaycanda Türk millətinin özü öz gələcəyin bəlirləmə haqqın ələdə etməsidir .

məramnaməmizin ilk maddəsində GADP haqda belə qərar alınıb:

“GADP Güney Azərbaycanda insan haqlarının təmini və Güney Azərbaycan Türklərinin öz milli müqəddəratını özünün bəlirləməsi uğrunda mübarizə aparan milli-siyasi bir təşkilatdır. GADP-nin amacı Güney Azərbaycan Türklərinin milli birliyi, milli özgürlüyü, tərəqqisi, inkişafi, yaxşı yaşaması və Güney Azərbaycanda demokratiyanın bərqərar olmasıdır.”

millətimizin sümürgəçı və istemari durumunun əsas nədəni Fars şovinismidir .GADP milli -mədəni və dinc metodlara dayanaraq, layık , demokratik və modern dövlətimizin yaranmasın hədəf tutub.

GADP Türkiyə, Azərbaycan, İsvəc, Danmark, Alman və ... ölkələrdə fəaliyyət göstərməkdədir

Güney Azərbaycanda isə təhlukəsizlik üzərə bir şey soyləyəbilməm.

MahmudBilgin.4- GADP son zamanlarda Avropanın önəmli qurumlarda özəlliklə Avropa Parlemanında keçirmiş olduğunuz görüşlərdən habelə necə təpkilər aldığınızı söylərmisiniz?

Bir il öncə əsas fealiyyətimizi millətimizin haqlı səsini uluslar arası qurum və quruluşlara, çatdırmağı, qarar aldıq . keçmişdəki ilişgilərimizi canlandıraraq , AZOHla birgə qissa zamanda Avropa Şurasinin kordınasıya bölümü ,Avropa parlementinin, insan haqları komisiyonu, xaricı işlər komsiyonu,yaşıllık komisiyonları, siyasi muşavirlər, parlement strukturun sorumluları, Soros təşkilatından UNPO`ya dək görüşlərimiz oldu.

Əsas görüşmələrimiz , Güney Azərbaycan varlığı , Urmu gölü faciəsi, siyası zindanılar və ... bilgiləndirməyə çalışdıq. Bu arada ən çox İran üzrə komisiyonun və onun sorumluları və üyələrilə görüşdük. Məncə az zamanda Güney Azərbaycanın varlığın və ağır durumun anlatmaqda başarılı addımlar atdıq, geniş ilişgilər yarandı. Görüşlərdə bizi qarşılıyanlar çoxlu sorular sormaları və yenidən bizi qəbul etmə və bilgilərimizi digər üyələri ilə paylaşmaları, Güney varlığın İrançı feallardan yox, bizdən dinləmələri onlara maraqlı oldu. Ona görədə bəkləndiyimizdəndə daha çox etgimiz oldu və geniş ilişgilərə malik olduq. Bu yöndə qıssa və uzun istəkli planlarımızı irəli sürməkdəyiq .

Görüşlərimizdə anladıq ki uluslar arası orqanlarda çox az ya heç ciddi iş görülməyib. Bunlar Güney Azərbaycan`dan və Milli hərəkatımızdan çox az bilgiləri var. İranda, Bəluçlardan, kürdlərdən, Ərəblərdən hatta kristiyan olmuş musalmanlardan ki sayıları bəlkə neçə yüz nəfər olmaz, daha bilgiləri çoxuydu.

Bu əsasda qapılar üzümüzə açıldı və biz bir sıra faktlar və bilgilərlə yazılı siyası istəklərı haqda özəlliklə Urmu gölünün və siyası zindanılarımızın ağır durumun anlatmağa çalışdıq .

avrupa parlımantının önəmli gənəl toplantısında UNPO başqanı, Güney Azərbaycan sözü, beş tutuqlu Yeni GAMOH liderlərinin aclıq aksiyası, Urmu gölü və özəlliklə farsların İranda azlıq olmaların vurqulandı.

demək çalışmalarımız düz yoldadı

- İranda son dönəmdə Cumhurbaşqanlığında Əhmədinejad yerinə Ruhanı gəlmişdir, sizcə bu dəyişiklik, İranın ağır ekonomik ilə siyasi durumunun düzəlişinə nə etkisi olabilər? Ruhani`nin seçki öncəsi Azərbaycan Türklərinə (Türk dil qurumu, Urmu gülü..) verdiyi sözləri tutacaqmı?

Biz reformistləri(xatəmi-rəfsancanı) təcrübə etmişik.

şovinist strukturun qorumasında, muhafizəkarlardan heç fərqləri olmamışdır, bu təcrubəyə dayanaraq Güney Azərbaycan Milli Hərəkatı inqılabı reformistlərədə (Musəvi –Kərrubi ) sıcaq baxmamışdır, qalsın bu reformist ədası çıxardan Ruhanı cənablarına, o Xameneyi və rejimdə əsas əsgəri- ekonomik gücə sahıb olan, inqilab devrim qüvvələrin yanında olmağı sevər.

fanatık ideolojik rejim nüklər silahına əl tapma arzusu, onu qara günlərə gətirib çatdırmışdır. Anbargoların etgisi rejimin neft gəlirlərin 40 fayızdan çox azadılması, iç dövlət boğuşmaları, ekonomi krizi, demokratık və milli hərəkatın daha genişlənməsi və dış alanında İranın batlağı olan Suriyə iç savaşı və ... gələcəyin öz çıxarlarına uyğun görməyən rejimin fikir odaları, tək çıxış yolun Ruhanıdə bilmişdirlər. Ruhanının içdə muhafizəkar və üzdə libral olma karakteri rejimin bu günkü durumuna yardımcı oldu .

Ilımlı taktiklər gərəkirdi , Xameneiy və yandaşları bu oyunu gözəl oynadılar .

Hər zaman seçgilərdə yumuşanma oyunları və sonra yalnız zaman qazanarlar, 34 il gördüklərimiz yetməzmiş kimi, yenidən bunların oyunlarına gələkmi?

Ruhanı və onun yandaşlarının dediklərinə yox , əməllərin əsas tutmalıyıq onlar bu qıssa zamanda göstərdilər ki çox çirkin planları var, başdaMahmudBilgin.2 fikir baxımından Milli Hərəkatı parçalamaq, millətimizdə İran Fars rejiminə ümüd bəsləmək, qeyri fars millətləri bir birinin canına salmaq (Batı Azərbaycana kürd üstandarının önərisi), milli dayanışmanın və zindanlarda dayanışmanın yersiz olduğunu göstərmək və sonucda fars Hakimiyətinin nə dərəcədə güclü və qanadları bibirinin arxasında olmasını numayış verməyi görmək olar .

Biz bu oyunlardan bu fərqill taktiksəl göstərilərdən milli – siyası istəklərimiz uğrunda, qullanmalıyıq, ancaq bunlar bir ağacın böyüdlarıdırlar, diktatorluq və şovinist bunların ayrılmaz iç mahiyətləridir.

- Sizcə Cumhurbaşqanı Ruhanı İranın batıyla ilişkilərində olumlu(müsbət) yöndə ciddi bir deyişiklik yapa biləcəkmi?

Ilk öncə vurqulamaq gərəkir ki İran rejimində əsas güc və istratejik seyasətləri Xameneyi (beyte rehbəri, devrimçi əsgəri milyarderləri və milli təhlukəsizlik şurası və ...) tutur və onlar, sistemin çıxarın bugün Batıya ehtiyatlı yaxınlamada biliblər və bunuda qahramanca yumuşaqlamaq adı ilə irəli sürmək məcburiyyətində qalıblar. Batıda İran rejimin iç problemlərin , İranda millətlərin durumun, sivil toplumların gücün və ekonomidə anbargoların etgisin və ... iyi bilir. Batıya puan almağa uyğun zaman olsada, İran rejiminədə zaman qazanma və yenidən özün toparlama gərəkir bunu Həsən Ruhani və Cavad Zərif baş oyuncuları, göstərsələrdə, rejim növə silahına əl tapmaq istrateji istəyindən əl çəkmiyəcək .

Orta doğuda güc və söz sahibi olması, terorizmdən və Suriyə tək rejimlərdən himayə etməyi əsas götürsədə, uluslararası etkisin, ətom silahına əl tapma siyasətindən vaz geçməsin düşünmürəm. Yumuşanma bir addım dalı oturma, zamanıda yenidən Əhmədinejadlar tək fiqurlardan qullanarlar.

- Olası İran rejim devrilməsində GADP olaraq sizin nə kimi hazırlığınız var? Gələcək İran üçün nə kimi bir sistem düşünürsünüz?

Ne yazıq ki məndə İranın diktator şovenist rejiminin addım- addım reformlarla deyişməsinə inanmıram. Doğal olaraq rejimin, taktiki dalı oturmalarında sivil və mədəni, milli – kültürel fealiyətlərlə qullanmalıyıq ancaq rejimin strukturn deyişilməsin əsas tutsaq ardıcıl kütləvi mədəni hərəkat metodu ilə rejimin devrilməsin düşünürəm bu tecrübələnmiş metodu 22may 2006`da şovinizmə qarşı Güney Azərbaycanda və 2008 prezident seçgilərində Farsların yaşıl herekatında etgisin gördük. Biz öz millətimizin gücündən və Milli Hərəkatın uğurlu mubarizəsinə dayansaqda, İranda yaşıyan millətlərin diktatorluğa qarşı mucadiləsi və özəlliklə qeyi Fars millətlərin şovinizmə qarşı birgə çabaların önəmli bilirik. Bu arada Fars aydınları İranın bütünlüyün düşünərək, şovenist rejiminin addım-addım reformlarla deyişilməsin düşünür. Rejimin devrilməsi kolay olmayacaq. İranda millətlərin çaba və istəkləri, opozisiyonun etgili liderliyin ortaya qoyması, önəm daşısada, bölgəsəl və uluslararası güclərində bu devrilmədən çıxarları olmalıdır.

Kadrlar və yandaşlarımızı ilk öncə fikir baxımından deyişikli sinariyolara hazırlamalıyıq. Doğal olaraq içəridə və dışarıda gündəlik hərəkatda daha etkili olmalıyıq. Dışarıda son ildə GADP-AZOH birgə uluslararası qurum və quruluşlarla görüşlərimizdə Güney Azərbaycanın problemlərin gündəmə gətirməklə öz ağırlığımızı göstərməkdəyik.

İranın gələcək siyasi sistemi, millətimizin özü öz gələcəyin bəlirləmə haqqından keçir, buda bu günkü ,fondamentalist diktatorluq və şovinisti mahiyyətinə qarşı olan sistem olmalıdır. Məncə siyasi güc demokratık, sekolar və fedral dövlətin olması irəliləmə için önəmlidir ancaq istıqlal və özgürlük hər bir millətin doğal haqqi olduğu kimi Güney Azərbaycan Türkünündə, mustəqil dövlətin qurması onun haqqıdır. Bilməliyik ki İranın hakim islahatçılar və dışarıda olan opozisiyon və reformçuların federal sistemə, qarşıdırlar özəlliklə Farslar özlərin İranda başqa millətlərdən üstün bilirlər. Bu durumda federal sisteminin alternativ olmasın şansı azalır .

Biz mərkəzin mütləq gücün bölünmə altirnativlərinə ılımlı baxırıq.

- Bu yöndə (olası bir deyişiklikdə), Güney Azərbaycan ulusal çıxarları doğrultusunda, Güney Azərbaycan siyasal örgütləri ilə bir işbirliyi içərisində olmağı düşünürsünüzmü?

Güney Azərbaycan sümürgəçi və istemari durumda olduğu için sinfi herekat, qadın herekatı, uşaq haqları, insan haqları, demokratik və azadlıq istəkləri, yaşıllıq və çevrə hərəkatı və ... milli hərəkatın bir parçasıdırlar demək milli və demokratik haqlarımızda, az çox millətimizin deyişikli qanadlarının iştiraki var . Kimsə milli hərəkatı yalnız bir örgüt bilirsə yanlış yoldadır. Milli varlığımızı birgə qorumalıyıq .

Əməkdaşlıq qonusunda mənim 17 il içində ılımlı və ılımsız, təcrübələrim var. Birlik və əməkdaşlıqları, duyqusal və tələsik yaradmaq olmur .

İlk öncə örgütlər bir-birini çomulamadan alçaqlamadan ılımlı yollarla taktiksəl işlər əsası ilə birgə çalışmalıdırlar, sonra iki - iki əməkdaşlıqları genişləndirib istratejik birləşmələrə geçmək olar. Buarada GADP-AZOH önəmli işbirlikləri gözəl örnəkdir.

Bizlər deyişikli ideolojilardan milli məsələlərə qatılmışıq, habelə diktator ölkədə örgütləşmə kültürün yaşamamışıq, ona görə güvənsizlik çox dərin iz bıraxıb. Bunları addım- addım, zaman içində millətimizin, ölüm qalım savaşında məcbürən öyrənməliyiq.

Birləşmədən başqa yolumuz yoxdur.

M-Bilgin- Bölgədə istər Afqanıstan istərsə Iraq istərsədə erəb ölkələrində gedən ciddi dəyişikliklərə görə, Güney Azərbaycan`da olan Türklər özəlliklə milli aktivislər nə kimi hazırlıqları olmalıdır?

İran adlanan ölkədə sümürgəliyə son verməyə, yaxınlaşırıq. Bölgədə gedən deyişiklər, istər isəməz bizim gələcəyimizi dərindən etkiliyən qonulardırlar .

Deyişiklər hansı yollarla və metodlarla üz verməsi önəmli olsada daha önəmlisi deyişiklərin hayata keçirilməsidir .

Ərəb ölkələrindən qonşularımıza dək, inqılab və beynalxalq güclərin müdaxiləsi ilə deyişiklər həyata keçməkdədir. Türkiyədə, qonşularına görə demokratik və çağdaş dövlətin olması için deyişiklər, vətəndaşların oyları və partıyaların mədəni mübarizələrilə, həyata keçməkdədir. Əsgəri dış müdaxiləsi və inqılab metodundan daha real reformlarla deyişikliklərin üz verməsi anlaşılır .

Əfğanıstan, Iraq, Libiya və Suriyədə uluslararası güclər öz çıxarlarına dayanaraq dış əsgəri müdaxilə ilə deyişikləri həyata keçirməkdədirlər. Tunus Yamen, Sudan və Misirdə narıncı inqılablar yolu ilə deyişiklər üzverməkdədir.

İranda çağdaş dövlətin olmadığı için, velayəti fəqih strukturu, reformlarla özün, millətlərin azadlığı, demokrası və insan haqları ilə uyğunlaşdıramaz. Nəyazıq ki İranda çağdaş dövlət strukturu olmadığı için, təzadlar və problemlər parlemantıda yox küçələrdə, millətlərin yürüşlərı ilə hel olunar.

Xatəmi, Refsancanı və Ruhani tək Fars qahramanların, bizim milli – demokratik haqlarımızı vermələrinə, güvənimiz yoxdur .

Misir və Suriyədə son ildə olumsuz gəlişmələrə baxmayaraq bu ölkələrdədə demokratik və dərin deyişmələr həyata keçəcək. İranda hər dərin dövlət struktur deyişikliyi bizim millətimizi azadlığa və başqa özgür millətlər tək insan tək yaşamaqlığa imkan yaradacaq .

Demək Xameneyi- Ruhani taktikləri şovinismə nifrət gücümüzü tökətməməlidir. 22 may 2006 milli qiyamdan dərs alaraq daha təşkilatlanmalı və uluslar arası güclərə, daha artıq millətimizi tanıtdımalıyıq. Güney Azərbaycanda potansillərimizə dayanaraq (millətimizin get gedə mərkəzə nifrəti və uzaxlaşması, yüzminlər milliyyətci gəncin siyasi alanda olması, ekonomi potansiyelimiz, genc nufusumuz və İranda çoxunluluğumuz, silahlı quvvələr içində onminlərcə əsgərimiz , Türkiyə və Azərbaycan tək dövlətlərin varlığı və...) derin deyişikliyə doğru getmək imkanlarımızın daha güclü olduğunu görə bilərik.

- Yurddışında olan Güney Azərbaycan örgütləri, nədən güclü bir diyaspora şəklində, Güney Azərbaycanı uluslararası qurumquruluşlarda təmsil etmək üçün bir araya gələ bilmirlər? Nə əngəllər olabilər?

Güney Azərbaycan örgütlərin aparıcıları, diktatorluq kültürünə alışan İran ölkəsindən gəlirlər, Güvənsizlik, təcrübəsizlik, qəhraman olmaq, təkcə mən düz düşünürəm, qeyi milli ideolojuların etgisi, ölkədən uzaq olmaq və Fars şovenistin zulmun və qılıncın hiss etməmək, milli şuurun tam formalaşmaması, bir sıra bizi sevən və sevməyən qonşularımızın olumsuz etgiləri və ...

Azı on ilin içində iş birlik cibhəsinin təşəbbusunda bulunduq , ancaq kiçik kiçik məsələlər və ortaq nuqtələrin yerinə ixtilafları əsas tutanlar çətinliklər yaraddırlar.

Bizim son təcrübəmiz bu olub ki deyişikli düşüncələr və karakterlər, bütün örgütlərin vahid cibhədə, işbirlik quruluşunda olamaları çətindir ancaq neçə işbirlik komitələrin yaranması və bu quruluşların bir birilə ilişgidə olmaları daha verimlidir. Biz bu düşüncəni başlamışıq GADP, AZOH işbirliyi çox olumlu oldu, bu iş birlik komitəsin bir neçə bizə yoxun quruluşlala, genişləndirmək düşüncəsindəyik

- Son olaraq oxuyucularımıza artırmaq istədiyiniz varmı?

Güney Azərbaycan, tarıxın yaradan, illərin keçirdir, istər istəməz bu qutsal görəv bizim nəslə qismət oldu, biz dışarıda yaşayan millətçılərın, yükü ağırdır. Bölgəsəl və ulusal arası güclər vətənimizin qurtuluşu yolunda, aparıcı rol oynuyurlar, bunlar bizdən bilgiləri çox az, İrana şovinistlərin gözgüsü ilə baxmağa alışıblar. Bu baxışları birlikdə, deyişə bilərik. Güney Azərbaycan təşkilatlarına qatılın, sivil quruluşlara, siyasi yerli ölkə partiyalara, insan haqlar örgütlərinə və ... üyə olmalıyıq, bizim qonşular bu işi çoxdan başarmışlar, biz niyə başarılı olmayaq.

Sayın Bilgin bizimlə çağ ayırıb söyləşi verdiyinizə görə “GüneyNews” adına təşəkkürlərimi bildiririəm.

Sayğılarla

Aydın Qaraxanlı

http://guneynews.com/index.php/az/muesahib/1042-zhuney-azaerbaydzan-demokrat-part-yas-zhadp-soezdzusu-say-n-mahmud-bilzhin-ilae-soeylaeshi

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter