English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Güney Azərbaycanda 35 nəfərdən çox fəal tutulub

AZOH: Sulduzlu şəhidlərin məzarı üstündə keçirilən törəndə 35 nəfərdən çox azərbaycanlı milli-mədəni fəal tutulub. Xüsusi qıvardya və əmniyyət qüvvələri iştirakçılara zor tətbiq ediblər və bir çox hərəkatçını tutuqlayıblar.

Əldə olunan məlumata görə, hazırda Urmunun 9 pillə təcridxanasında saxlanılan azərbaycanlı fəalların kimliyi bunlardan ibarətdir:

Abbas Lisani, İbrahim Rəşidi Savalan (jurnalist və insan haqları fəalı), Əsgər Əkbərzadə (mədəni fəal), Ruzbeh Səadəti (fəal mədəni), Vəhid Faizpur (veblaqçı), Mehrdad Kərimi (Təbriz universitetinin Azərbaycanşünaslıq ocağının dəbiri), Əfşin Şəhbazi (öyrənci fəal və Təbriz universitetinin Azərbaycanşünaslıq ocağının üzvü), Məhəmməd Əhədi (öyrənci fəal və Təbriz Azərbaycanşünaslıq ocağının üzvü), Sabir Cahani (Təbriz universitetinin Azərbaycanşünaslıq ocağının mərkəzi şürasının keçmiş üzvü), Həmid Manafi Nadarlı, Məhəmməd Axundi Çıxarlı (öyrənci fəal), Həmid Cabbari (sari gəlin dərgisinin müdir-məsulu), Əli Xeyrcu (mədəni fəal), Əli Pakbaz (mədəni fəal), Cəlil Tari (öyrənci fəal), Yaşar Piri (öyrənci fəal), Kiyan Peyğamı (mədəni fəal), Məhəmməd İskəndərzadə (mədəni fəal).

Adını çəkdiyimiz 18 nəfər azərbaycanlı fəal 2011-ci il may ayının 25-i yerli vaxtla saat 19:00 radələrində Suzduzda keçirilən Şəhidlərin Ağırlama Törənindən qayıdarkən tutuqlanıb və Urmu şəhərinin 9 pillə təcridxanasına aparılıblar.

Həmçinin Aydın Zakiri (mədəni fəal), Həsən Kərimzadə (azərbaycanlı jurnalist və yazıçı), Siyamək Mirzayi (“Gələcək” dağçı qrupunun qurucusu və mədəni fəal), Nadir Əzizi (“Kimlik” dərgisinin yazarlar heyətinin üzvü və mədəni fəal), Vəli Alışzadə (mədəni fəal), Mehdi Əjdəri (mədəni fəal) və Sabir … və Ərdəbil vilayətindən (ostanından) törənə qatılmaq üçün gələn daha 6 nəfər azərbaycanlı fəal Sulduzun Heydərabad yoxlama məntəqəsində tutulanıblar. Yaxalanan fəallar bu xəbər çatan anlara qədər yaxalandıqları yoxlama məntəqəsində saxlanılıblar.

OLAYLAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter