English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Yaponiya: Urmiyə Gölü ilə bağlı yardım etməyə hazırıq

Əlirza Quluncu

İran mediasının yaydığı xəbərlərə istinadən, İrana səfər edən Yaponiya nümayəndə heyətinin üzvləri Tehranda keçirilən mətbuat konfransında Urmiyə gölünün qurumasının qarşısını almaq məqsədi ilə Yaponiyanın İranla əməkdaşlıq etməyə hazır olduğunu bildiriblər.

“Hələlik bu xüsusda bəlli bir layihə yoxdur, ancaq Yaponiya Urmiyə gölünün quruması ilə bağlı araşdırmaların aparılmasında əməkdaşlıq etmək və İranın ekologiya sahəsində çalışan mütəxəssislərinə təlim verməyə hazırdır,” deyə Yaponiya xarici işlər nazirliyinin rəsmisi Koiçi Mizuşima qeyd edib.

Yaponiya xarici işlər naziri Fumio Kişidanın rəhbərlik etdiyi nümayəndə heyəti İran rəsmiləri ilə görüşlərində İran-Yaponiya arasında iqtisadi münasibətlər və İranın nüvə proqramı kimi məsələləri müzakirə ediblər.

Yaponya rəsmilərinin sözlərinə görə, İran və Yaponya arasında iqtisadi əlaqələrin genişlənməsi üçün öncə İranın nüvə məsələsi həll edilməlidir.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter