English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Siyasi məhbus Səid Mətinpurun sağlamlıq vəziyyəti yaxşı deyil

Tanınmış güney azərbaycanlı siyasi məhbus Səid Mətinpurun sağlamlıq vəziyyəti yaxşı deyil.

Bu barədə Azoh Səid Mətinpurun həyat yoldaşı Ətiyyə Tahiriyə istinadən məlumat yayıb. Ətiyyə Tahiriyə deyib ki, Səid Mətinpurun zindanda vəziyyəti yaxşı deyil və kəskin bel ağrısından əziyyət çəkir. Zindan məsulları isə onu xəstəxanaya aparmaqdan imtina edirlər. Ətiyyə xanım Səid Mətinpurun cismi vəziyyətinin və zindanın təmizlik vəziyyətinin də yaxşı olmadığını bildirib.

Qeyd edək ki, Səid Mətinpur milli-mədəni fəaliyyətlərinə görə rejim tərəfindən 8 il həbsə məhkum edilib və hazırda Tehranın Evin zindanında həbsdədir. Səid Mətinpur bu yaxınlarda zindandan məktub yazaraq insan haqları fəallarını zindanda rejimin məhkəməsinin ədalətsiz hökmünə etiraz olaraq aclıq aksiyası keçirən və həyatı təhlükəyə düşən azərbaycanlı siyasi məhbus İsmayıl Bərzgəri dəstəkləməyə çağırmışdı.

http://www.daim.az/view.php?lang=az&menu=37&id=23220

http://www.vhpress.az/index.php?mod=article&cat=G%C3%9CNEY%20AZ%C6%8FRBAYCAN&article=4715

http://news.lent.az/news/145933

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter