English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Vərziqan şəhər sakinləri hələ də sığınacaqlarda yaşayır

Əlirza Quluncu

2012-ci ilin avqustunda İran Azərbaycanında baş vermiş faciəvi zəlzələ bölgəsində yerləşən Vərziqan şəhərinin millət vəkili Allahverdi Dehqaninin sözlərinə görə, zəlzələ nəticəsində evlərini itirmiş əhali hələ də konteynerlərdə yaşayır.

“Zəlzələ bu bölgənin əhalisinə çox böyük zərər verdi. İndiki durumda şəhər bir inşaat sahəsinə  bənzəyir. Tikilməkdə olan evlər və mənzillərin çoxu yarımçıq qalıb və əhali müvəqqəti konteyner evlərdə yaşayır,” deyə cənab Dehqani İran İslami Şura Məclisinin mətbuat orqanı olan Millətin Evi xəbər agentliyinə müsahibədə qeyd edib.

Vərziqan şəhəri güneyin qarlı-şaxtalı qışı və kəskin soyuq havası ilə tanınan Qaradağ bölgəsində yerləşib.

 Millət vəkili Vərziqan şəhərində su və elektrik çatışmazlığı ilə bağlı danışıb.

2012-ci il avqustun 11-də Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində, rəsmi statistikaya görə, 306 nəfər ölmüş, xəsarət almış 400-dən artıq kəndin 65-də isə bütün evlər dağılmışdı. Yerli jurnalistlər və bir neçə millət vəkili rəsmilər tərəfindən yayılan statistikaya şübhə ilə yanaşaraq, zəlzələ nəticəsində dəymiş zərərin qat-qat artıq olduğunu bəyan edib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter