English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

28May-Milli Qürur tariximiz

AZOH: Şərqdə ilk demoktarik cümhuriyyətimizn qurulmasından 93 il ötür

Bu gün Azərbaycan xalqının ən şərəfli tarixi günlərindən biridir. 93 il öncə Tiflisdə müsəlman şərqinin ilk demokratik cümhuriyyəti qurulub. Azərbaycanın qeyrətli ziyalıları vətənin taleyinin həll olunduğu bir zamanda bir araya gəldilər, tarixi məsuliyyəti dərk etdilər və müsəlman tarixndə ilkə imza atdılar. 1918-ci ilin martı...Dövrün ən müdhiş imreriyası olan çar Rusiyası sol ideyaların öndə olduğu qırmızı inqilab nəticəsində parçalanmışdı. Qafqazı Rusiyaya birləşdirilmiş çar hökuməti tarixin arxivinə verilmişdi. Rusiya ordusunun silahlarını ələ keçirmiş ermənilər sonradan köç etdikləri Qafqazı qan çanağına döndərmişdilər. Hay adlanan bu təcavüzkar millət Qafqazı erməniləşdirmək, türkdən təmizləmək istəyirdi. Onlar artıq Moskvada kakimiyyəti ələ almış qırmızı bolşevik hökumətindən də dəstək alırdılar. Təpədən-dırnağa silahlanmış ermənilər Bakı, Şamaxı, Quba, Qarabağ və Zəngəzurda türk-müsəlman əhalisinə divan tutur, türkləri kütləvi qırğına məruz qoyurdular. Müasirlər yazır ki, ermənilərin törətdiyi qırğınlar nəticəsində Bakı və Abşeron tamailə ytürk-müsəlman əhlisindən təmizlənmişdi. Azərbaycan türkləri taleyin ümidinə qalmışdı. Belə bir zamanda Qafqazdan Rusiya Dumasına seçilmiş millət vəkilləri, xalqın dəyərli oğulları meydana çıxdı, xalqın xilas yollarını düşünməyə bağladılar. O zaman Qafqazın mədəni mərkəzi Tiflis idi. Azərbaycan milli qüvvələri Qafqaz federasiyasının saxlanmasında maraqlı idilər. Lakin bu ittifaqı qouyub saxlamaq mümkün olmadı. Mayın 26-da Gürcüstan müstəqilliyini elan etdi. İki gün sonra isə Böyük Öndər Məmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi barədə bəyanat qəbul etdi. Qısa vaxt ərzində Bakı rus-erməni birləşmələrindən azad edildi. Qarabağda erməni separatizminə son qoyuldu. Azərbaycanda ilk dəfə olaraq çoxpartiyalı parlamnet yaradıldı. Şərqdə və bir sıra Avropa ölkələrində ilk dəfə olaraq Azərbaycanda qadınlara seçki hüququ verildi.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Məmməd Əmin Rəsulzadənin , Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoylunun, Həsən bəy Ağaoğlunun, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri vardı.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu.

Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter