English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Suriyada etirazçılara qarşı tanklarla hücum edirlər

AZOH: Suriyada Prezident Bəşər əl-Əsədin istefasını fasiləsiz etirazla tələb edən iki şəhər üzərinə hökumət qoşunları göndərilib.

Bunlar Homs şəhəri ətrafınadakı qəsəbələrdir.

Qoşunları ağır silahlar və tanklarla dəstəkləyirlər.

Etirazçılara döyüş güllələri ilə atəş açılır.

Birləşmiş Ştatlar və Avropa əl-Əsəd və onun rejiminin daha 9 üzvünə qarşı sanksiyalarını gücləndirib.

Bu şəxslərin bank hesabları və daşınmaz əmlakı dondurulub.

İki aydır ki, davam edən etirazlarda minədək adam öldürülüb.

Bu Bazar Günü isə ölkənin mərkəzində yerləşən Rastan və Talbisə şəhərlərinə hücum edilib.

Bu şəhərlər mühasirə altındadır.

Əl-Cəzirə telekanalı Daraa şəhərindən göndərilmiş həvəskar operator tərəfindən çəkilmiş görüntüləri yayınlayıb.


Telekanal bildirib ki, əsgərləri öz yoldaşları güllələyiblər.

İddia olunur ki, bu əsgərlər etirazçılara atəş açmaq istəməyiblər.

Bu videosüjetin mötəbərliyini təsdiq etmək mümkün deyil.

Belə ki, Suriya hökuməti ölkəyə xarici jurnalistlərin gəlməsinə qadağa qoyub.

Xəbər verilir ki, Bazar Günü Deyr əl-Zur şəhərində etiraz edən 8 min insana döyüş güllələri ilə atəş açılıb.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter