English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Azərbaycanlı sənətçi İranda aclığa başladı

İranın paytaxtı Tehran şəhərinin Evin həbsxanasının 350-ci bəndində saxlanılan daha bir azərbaycanlı musiqiçi aclıq aksiyasına başlayıb

APA-nın AZOH-a istinadən məlumatına görə, Rəsul Heydərzadə bir aydan çoxdur aclıq aksiyası keçirən və tələbləri yerinə yetirilmək əvəzinə təkadamlıq kameraya köçürülən İsmayıl Bərzigərə dəstək vermək məqsədilə bu addımı atıb.

R.Heydərzadə azərbaycanlı siyasi məhbusun sağlıq durumunun kritik olması ilə bağlı xəbərdarlıq edərək, İ.Bərzigəri Tehranın Evin həbsxanasının 350-ci bəndinə geri qaytarmayanadək aclıq aksiyasını davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olmuş müğənni, muğam ifaçısı İ.Bərzigər 2011-ci ilin iyununda klarnet ifaçısı Rəsul Heydərzadə ilə birlikdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Tehran məhkəməsi vəkilsiz və qapalı şəraitdə keçirilən prosesdə onları casusluqda günahlandıraraq 7 il həbs cəzasına məhkum edib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter