MÜQAVİMƏTİ DAVAM EDİR
AZOH: Suriyada iqtidarın sərt müdaxiləsinə baxmayaraq etiraz aksiyaları davam edir.
Rasten ve Talbise şəhərləri dünən ağır tanklar və silahlarla vurulub. Hücumlarda 3 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.
Rasten və Talibse şəhərləri ilə yanaşı Dar Melih şəhərinin də mühasirədə olduğu qeyd edilir.
İnsan haqları müdafiəçiləri Humus ətrafındakı bu şəhərlərlə öncə rabitənin kəsildiyini, sonra hücumun başladığını bildiriblər.
Şimaldakı Dar Əz Zur şəhərində də polisin 8 mindən çox nümayişçiyə atəş açdığı qeyd edilib.
Buna baxmayaraq ölkənin bir çox yerindən aksiya xəbərləri gəlir.
TRT