English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

“Güney Azərbaycanda milli haqların təmini” mövzusunda növbəti diskussiya keçirildi

7 dekabr, 2013-cü il tarixində Bütöv Azərbaycan Ocaqları (BAO) Mərkəzi Şurasının (MŞ) təşəbbüsü ilə "Güney Azərbaycanda milli haqların təmini" mövzusunda növbəti diskussiya keçirildi. Tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açdı. Sonra ənənəyə uyğun olaraq BAO MŞ-nın üzvü Araz Şamil İran adlanan dövlətin inzibati ərazi quruluşu və onun əhalisinin etnik tərkibi haqqında  çıxış etdi. Daha sonra BAO MŞ-nın üzvü Zəka Sahib Güney Azərbaycanda son bir həftə ərzində baş vermiş hadisələr haqqında məlumat verdi.

Sonra tanınmış Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Sədrəddin Soltan "Güney Azərbaycanda milli haqların təmini" mövzusunda geniş məruzə ilə çıxış etdi. O, Güney Azərbaycanda milli hərəkatın tarixi və bu gün orada milli haqların təmin olunmasının müxtəlif variantları haqqında danışdı. Bu variantlardan hansının bu gün daha real olması haqqında Şirvani Ədillinin sualına cavab olaraq S.Soltan qeyd etdi ki, bu gün Güneydə milli haqların təmin olunması istiqamətində mövcud olan müxtəlif cərəyanları qarşı-qarşıya qoymaq olmaz, bu istiqamətdə istənilən irəliləyiş bizim üçün bir nailiyyətdir.

Daha sonra Natiq Ulubəy, Əjdər Tağızadə, prof. Firudin Ağasıoğlu, Solmaz Bilgin, Rüfət Muhradlı, Əlirza Amanbəyli və b. mövzu ətrafındakı fikirləri və məruzəçiyə verdikləri suallar ilə diskussiya davam etdirildi.

Sonda növbəti tədbirin 14 dekabr 2013-cü ildə  "21 Azər" hərəkatı ilə bağlı mövzuda keçirilməsi qərara alındı.

http://www.youtube.com/watch?v=N5riB51_XD4

http://www.youtube.com/watch?v=njYYDfeZoz4

Bütöv Azərbaycan Ocaqları Mətbuat xidməti

DSC 0003

DSC 0005

DSC 0007

DSC 0014

 

 

 

 

 

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter