English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

HOPADA ƏRDOĞANIN KORTEJİNƏ HÜCUM

AZOH: Baş nazir Rəcəb Tayyib Ərdoğanın Hopa mitinqindən əvvəl və sonra gərginliklər yaşanıb.

Hopadakı mitinqdən əvvəl bir qrup sahil yolu üzərində aksiya keçirib. Aksiyada mitinq meydanına gedən vətəndaşların avtomobillərinə hücum edən üzü maskalı qrupa polis müdaxilə edib. Polisin bibər qazı atması nəticəsində ürək tutması keçirən 59 yaşlı bir nəfər dünyasını dəyişib.

Gərginlik mitinqdən sonra da davam edib. Ərdoğan Hopadan ayrılarkən bəzi qruplar avtomobillərə daş atmağa başlayıb. Bu əsnada baş nazirlik avtobusunun üzərində olan mühafizəçilərdən biri yerə düşərək arxadan gələn mühafizəçilərin avtomobilinin altında qalıb. Polis qrupu dağıtmaq üçün havaya atəş açıb.

Xəstəxanaya yerləşdirilən mühafizəçinin vəziyyətinin ağır olduğu bildirilir.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter