English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Ərdoğana Müraciət

Bütöv Azərbaycan ocaqları Türkiyə respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğana Məktubla müraciət etmişdir. Məktubun mətni aşağıdakı kımidir.

Türkiyə Respublikasının Baş Naziri

Hörmətli Rəcəb Tayyib Ərdoğana

Bütöv Azərbaycan Ocaqları

tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli Baş Nazir,

Gürcüstan Respublikasının Borçalı (Kvemo-Kartli) bölgəsində kompakt yaşayan, sayı 600 min civarında olan yerli Azərbaycan türklərinin təhsillə bağlı ciddi problemləri var. Belə ki, bu bölgədə əhalinin sosial durumunun aşağı olması, müəllim çatışmazlığı, həmçinin dövlətin təhsilə böyük maddi vəsait ayırmaq imkanının məhdud olması Azərbaycan türklərinin lazımı səviyyədə orta və ali təhsil almaq və dövlət idarələrində işləmək imkanlarını məhdudlaşdırır. Təhsil səviyyəsinin aşağı olması eyni zamanda əhalinin Gürcüstan cəmiyyətinə inteqrasiya olunmasını çətinləşdirir.

Hörmətli Baş Nazir,

Sizin müxtəlif dünya ölkələrində təhsilin inkişafı istiqamətində həyata keçirdiyiniz tədbirlər hamı tərəfindən alqışlanır və Sizə olan sevgini artırır. Sizdən xahiş edirik ki, Borçalı bölgəsində təhsilin səviyyəsini yüksəltmək üçün orada türk liseylərinin açılmasına şərait yaradasınız. Əvvəlcədən sizə dərin minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Zahir Əlisoy

“Bütöv Azərbaycan Ocaqları”nın başqanı

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter