English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İki senator nümayəndələri və bir Amerika konqresinin üzvü Güney Azərbaycan nümayəndələri ilə görüşüblər

GADP yaydığı məlumata görə Güney Azərbaycan ittifaqının nümayəndələri (GADP-AZOH) Amerika-nın paytəxti Vaşinqtonda bir həftəlik görüşlərə başlayıblar. Bir həftə ərzində bir çox sayıda senator, konqrə üzvləri və ya onların nümayəndələri ilə görüşərək Güney Azərbaycan mövzüsünü onlarla muzakirə edəcəklər. Bu ilk dəfədir ki Güney Azərbaycan siyasi təşkilatlarının nümayəndələri yüksək səviyyədə bir həftə ərzində 15 konqrə nümayəndələrilə görüşüb və muzakirə edillər.

Xatırladaq ki bu görüşlərdə Güney Azərbaycan Demokrat Partiyasının sözcüsü cənab Mahmud Bilgin və Güney Azərbaycan siyasi fəal Ayda xanım Kərimli iştirak edillər.

Ilk görüş, Senator Jeff Flake (Arizona əyalətinin senatoru)-nin qanunvericilik muxbiri cənab Ben Sundholm ilə baş tutub. Bu görüşdə Güney Azərbaycan siyasi və ictimai vəziyəti haqda hesabat təqdim edildikdən sonra, cənab Sundholm bütün məlumat və bukletlərə görə əlaqə nişan verərək bildirib ki bu günə qədər Güney Azərbaycan haqda çox az məlumatları varidi və ümumiyyətlə dərin informasiyaya malik dəyildilər. O bütün məlumatlar və bukletləri Senator Jeff Flake-ə çatdıracağını bildirərək xatırladıb ki bu xüsusda çalışacaqlar ki Sena məclisində suallar ortaya qoyulsun. O ən vacib suallardan birini, İrana qarşı sanksiyalar və sanksiyaların Güney Azərbaycan xalqına təsiri və xalqın taleyi haqda olacağını bildirib.

Ikinci görüş, konqresmən Ted Yoho (Florida əyalətinin konqresməni)-nin muavini cənab Pyan Propis ilə baş tutub. Cənab Propis ilə görüşün böyük bir hissəsi Urmu gölü və onun faciəli vəziyetinin status ilə bağlı olub. O ilk öncə Urmu gölünün quruma səbəbini ıqlim dəyişikliyindən olduğunu bilirdi amma İran rejiminin məqsədəyönlü və qəsdən Urmu gölünün qurudulması haqda sənədlər və bukletlər cənab Pyan-a təqdim olunduqdan sonra təəccüblənərək rejimin bu tür siyasətlərinə görə çoxlu suallar edib. O bu haqda ətraflı məlumat əldə etdikdən sonra İranın nüvə məsələsi və uranın zənginləşdirilməsinə görə bəyan edib ki Urmu gölünün qurumasının qarşısını almaq üçün səyini edəcək və bütün məlumatları konqresmən Ted Yoho-ya intiqal verəcəyini və bu məsələni konqresin gələcək yığıncağında parlamentə məlumat verəcəklərini bildirdi.

Üçüncü görüş Senator Thad Cochran (mississipi əyalətinin Senatoru)-nun muavini və muşaviri cənab William G.Todd və cənab Timothy R.Wolverton ilə baç tutub.

Senator Thad Cochranın köməkçisi və muşaviri Güney Azərbaycan siyasi təşkilatlarının nümayəndələrini dinlədikdən sonra belə mühim və vacib məsələlərdən xəbərdar olmamalarından təəccüblənərək öz təəssüf və narahatçılıqlarını bildiriblər. Onlar hal hazırda İranın nüvə məsələsini senat və konqrə nümayəndələrinin diqqət mərkəzində olduğunu bildirərək siyasi təşkilatların nümayəndələrindən istəyiblər ki Güney Azərbaycanda baş verən hadisələri mütəmadi olaraq onlara çatdırılsın.

Senator Thad Cochranın köməkçisi və muşaviri təkid ediblər ki Güney Azərbaycan məsələsi və Urmu gölünün faciəli durumu İranın vəziyətini çətinləşdirəcək və bu faciənin qarşısını almaq üçün sürətlə əməliyyat aparılmalıdır.

Bu türlü görüşlər dəvam etməkdədir.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter