English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Urmiyə zindanında dörd nəfər edam edilib

İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyi Urmiyə zindanında qətl ittihamı ilə mühakimə edilimiş dörd nəfərin asılaraq edam edildiyini bildirib.edam

Edamlarla bağlı dekabrın 16-da məlumat yayan HRA agentliyinə istinadən, edamlar bir həftə öncə həyata keçirilsə də, İranın məhkəmə orqanları bu günə qədər mövzu ilə bağlı hər hansı məlumat nəşr etməyib.

Urmiyənin mərkəzi zindanında qətl ittihamı ilə əlaqədar edama məhkum olmuş təxminən 170 məhbusun saxlanıldığı bildirilir.

İnsan haqları təşkilatlarının nəşr etdiyi hesabata görə, mötədil siyasətçi kimi tanınan Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra həyata keçirilən edam hökmlərinin sayı kəskin artıb.

Həmin müddətdə əksəriyyəti narkotik qaçaqmalçılığı ittihamı ilə əlaqədar olmaqla, İranın Azərbaycan şəhərlərində 100 nəfərdən artıq məhbusun edam edildiyi ilə bağlı xəbərlər yayılıb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter