English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

26 Azər/17 Dekabr Azərbaycan Türklərinin boyqırım gününü tanıtma çağrısı

Dəyərli yurddaşlar!

          1924-cü ildən bəri artıq 90 ildir ki, Azərbaycan Türkləri panfarsizmin və Fars şovinizminin üzdəniraq siyasətlərinin hədəfinə çevrilmişdir. Toplum düzeyində bizi ələ salıb kiçik düşürən lətifələr – coklar deməkdən tutmuş dövlət düzeyində 90 illik təhqir, zorakı əritmə (assimilyasiya) siyasətinədək bütün yönlər üzrə panfarsizm və Fars şovinizmi öz vəhşiliyini ortaya qoymaqdadır. İstər dünən şahlıq rejiminin, istər bugünkü molla rejiminin, istərsə də sabah iş başına gəlməyə iddialı olan “İran” ünvalı indiki müxalifətin tutum və davranışları açıqca göstərir ki, bu 90 illik vəhşiliyin hələ geri durmaq düşüncəsi yoxdur. 21 Azər toplantısına (Yöteburq, 12.12.2013) qatılan bizlər hesab edirik ki, bu insanlıqdışı vəhşiliyi durdura bilmək üçün sadəcə ona qarşı dirənmək yetərli deyil, həm də panfarsizmin və Fars şovinizminin iç üzünü ifşa etmək, onu dünyada doğru-düzgün tanıdıb məhkum etmək və Birləşmiş Millətlər Təşkilatı başda olmaqla dünya demokratik güclərinin ona siyasi və hüquqi qiymət verməsinə nail olmaq gərəkdir.

          Dəyərli yurddaşlar! İki ildən sonra 21 Azər/12 Dekabr Hərəkatının və Azərbaycan Milli Hökuməti qurulmasının 70 illik yubileyidir. Çox yazıqlar ki, milli tariximizin bu önəmli dövrünü dünya hələ də Azərbaycan milli varlığı, ya da Azərbaycan milli dövlətçiliyi baxımından yox, imperiya dövlətlərinin çıxarları baxımından dəyərləndirir. Dünyaya əsil gerçəyi göstərmək üçün təkcə 21 Azər gününü yox, həm də 26 Azər/17 Dekabr gününü geniş tanıtmamız və onu gündəmə gətirməmiz gərəkdir. 26 Azər/17 Dekabr panfarsizmin və Fars şovinizminin “Ana dili” dərsliyimiz başda olmaqla Azərbaycan Türkcəsindəki kitabları yığıb yandırdığı, neçə-neçə Azərbaycan Türkcəsi müəllimini vəhşiliklə qətlə yetirdiyi gündür. 1924-cü ildən başlayan bu milli qətl hələ də davam edir: hələ də Azərbaycan tarixi danılır, Azərbaycan mədəniyyəti inkar edilir, Azərbaycan Türkcəsi ədəbi dili yasaqlanıb təlim-tədrisə yaxın buraxılmır, Azərbaycan milli-mənəvi varlığı aşağılanır..., bir sözlə, Azərbaycan Türklərinə qarşı panfarsizmin və Fars şovinizminin boyqırım – etnosid siyasəti öz varlığını sürdürür.

          Avropa dillərində etnoside və ya cultureside, ya da cultural genocide deyilən və bizim öz dilimizdə boyqırım adlandıra biləcəyimiz bu anlayış bir xalqın milli varlığını, milli kimliyini, onu başqalarından ayıran milli və maddi-mənəvi kültür dəyərlərini zorakı əritmə siyasəti ilə yox etməyə yönəlik dövlət siyasətini bildirir. Dünyadakı boyqırım (etnosid) faktları içərisində bizim adımız göstərilməsə də, bir gerçəklikdir ki, bütün dünya üzrə boyqırımın ən klassik örnəklərindən biri panfarsizm və Fars şovinizminin Azərbaycan Türklərinə qarşı uyquladığı 90 illik zorakı əritmə siyasətidir və bu siyasət hələ də davam etməkdədir.

          Azərbaycanı, insan haqları və demokratiyanı düşünən istəkli aydınlar, KİV üzvləri, siyasi qurumlar, hər türdən olan toplumsal örgütlər! Biz sizlərin hamısına üz tutur və ilk öncə sizlərə müraciət edirik: kitablarımızın yandırıldığı, ana dili müəllimlərimizin öldürüldüyü  26 Azər/17 Dekabr gününü dünyada panfarsizmin və Fars şovinizminin Azərbaycan Türklərinə qarşı uyquladığı boyqırım (etnosid) günü kimi tanıdıb qəbul etdirək və Birləşmiş Millətlər Təşkilatı başda olmaqla uluslararası güclərin bu boyqırıma siyasi və hüquqi qiymət verməsinə nail olaq!

          26 Azər/17 Dekabr Azərbaycan Türklərinin boyqırım günü panfarsizmin və Fars şovinizminin üzqarasına çevrilməli, utanc yeri olmalı və milli mübarizəmizin simgələrindən birinə çevrilməlidir.

          21 Azər toplantısı iştirakçıları

          Yöteburq, İsveç 12.12.2013

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter