English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

amerikanın səsi radyosunun programlarının yarısı Türkçə olmalıdır

Senator Tom A. Coburn ilə görüşdə: “amerikanın səsi” radyosunun programlarının yarısı Türkçə olmalıdır ! AZOH’ un verdiyi bilgilərə görə Güney Azerbaycan ittifaqının(GADP_ AZOH) nümayəndələri geçən həftə Amerikanın bir neçə senator və kongere üzvləri və eləcədə onların nümayəndələrı ilə Güney Azərbaycan məslələri müzakirə edilmişdir. Bu görüşlər ilk kəz olaraq bu səviyədə Güney Azərbaycan məsələri 15 dən fazla amerikan kongeresi üzvləri ilə danışılmışdır. Bu görüşlərdə sayın Mahmud bəy Bilgin ( Güney Azərbaycan Demokrat Partisi sözcüsü- GADP) və sayın Ayda xanım Kərimli (Güney Azərbaycan siyasi fəalı) Güney Azərbaycanlı heyət olaraq yer almışlar. “Tom A. Coburn senator of Oklahoma" ilə görüş: Senator Tom A. Coburn “amerikanın səsi” radyosunun nəzarət və mali komitəsinin sorumlusudur. Bu senator daha öncələr Jorj Bush( Corc buş)dönəmində cumhur başqanına bir mektub yazaraq bu radyonun siyasetlərini eleştirərək işarə etmişdir ki radyonun bəzı adımları amerikan siyasətinə mənfi etki buraxmaqdadır və zaman zamanda İranın xeyirine propagandalarına dəstək vermişdir. Senator eləcədə Radio Farda’ nın Xatəmi dönəmində işarə edərək, bu radoyunun o dönəmde “Radyo Xatəmi” olaraq adlanınldığınıda bəyan etmiş və radyonun zəyif və yalnış addımları səbəb oldu ki bir dönəm radyo xeberlerinin qaynağını İRNA olaraq göstərməyə başladı ki İRNA’da İran rejiminə bağlı bir yayın organıdır. Senatorun G.Azerbaycanlı heyətlə görüşündə senatorun müşaviri xanım “Jennifer White “ də iştrak etmişdir. Dr. Coburn görüşdə aldığı bu önəmli bilgilər üçün minnətdarlığını bildirərək qeyd etmiş ki uzun zamandır G.Azərbaycan məslələri haqda bilgi almaq istəyirmiş. Senator ən çox G.Azərbaycanda Urmu gölünün durumu və son siyasi tutqlular haqda maraxlanmışdır. Senator irandaki İnsan haqları durumu haqda və Ruhaninin başqanlığa gəldikdən soraki gəlişmələr və irandaki durumun nə qədər dəyişdiyi haqda heyətə sorunlar vermişdir. Heyətdə irandaki İnsan haqlarını son durmu haqda hazırladığı bruşurları, son tutqlanan siaysilərin listəsi və eləcədə tutuqluların durumları haqda özəlliklə Həsən bəy Dəmirçi, Esmayil Bərzgəri, Yürüş Mehrəlibəyli, Dr. Lətif bəy Həsənli, Şəhram Radməhr, Seyid Metinpur, Mahmud Fəzli, Behbu Qulizadə, Əsədullah Əsədi və s… senatora təqdim edilmişdir. Heyət eyni zamanda Ruhani dönəmindən bəri artan edam və tutqlu sayısınada işarə etdikdən sora Senator bildirmiş ki bu sonucları gözlədiyi üçün dəfələrcə kongre toplantılarında dilə gətrmişdir. Senator G.Azərbaycanda internetin qısıtlanmasına və bunun milli hərəkətə buraxdığı etkilər haqdada heyətə sorular vermişdir. Heyət G.Azərbaycanda internetin sansor olunması və milli hərəkətin xəbər saytlaranın filter olunmasının və xebərləşmənin çətin olduğuna işarə etdikdən sora qeyd etmiş bunlardan daha böyük sıxıntı bu xəbərləri uluslarası medyalarda yayınlamaqdır. Və İranın cəmiyətinin %40 Türklər təşkil etsədə amerikansəsinin xəbərlərimizə yer vermemesinidə işarə edilmişdir. G.Azərbaycanlı heyət senatorlə görüşdə irandanki Türklərin sayısı və onların durumlarını nəzərə alaraq amerikansəsidə programlarının %40 onlara ayrıması və türkcə yayınlanmasınıda doğru olacağını bəyan etmişlər. Senator Dr.Coburn durum anladığını bəyan edərək bildirmiş ki amerikansəsinin qeyri fars millətlərə yetərincə diqqət etmədiyini və yardımcı olmadığını, hətta zərər verdiyinidə söyləmişdir. Senator beyan etmişki istəyiniz doğrultusunda gərəkən addımlar atılacaqdır və şəxsən bu problemin həlli üçün maraxlanacağım. Ayrıca görüşmənin sonuında bildirmiş ki Güney Azərbaycan məsələsi ortadoğunun ən önəmli məslərindən biridir və amerikan siyasətçilərinində bu məsləye daha diqqət göstərmələri gərəkir.

GADP mətbat sorumlusu: Hadi MOUSAVİ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter