English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Ermənilər bu dəfə hansı bəhanə tapacaq?

AZOH: Həmsədr ölkələrin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsini israr etdikləri görüşə az bir müddət qalıb. Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz Departamentinin direktoru Andrey Kelin həmsədrlərin Qarabağ münaqişəsinin həll olunması üçün mühüm ay hesab etdiyi iyun perspektivləri barədə danışıb.

Qeyd edək ki, Rusiyanın Kazan şəhərində bu ölkənin prezidentinin vasitəçiliyi ilə baş tutacaq Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə düz 25 gün qalıb. Rusiyanın Xarici İşlər Nazirliyindən ANS-ə verilən məlumata görə, indi görüşə hazırlığ işləri gedir. "Bu iş üzərində prezidentlər işləyir, onlar üçün nazirlər müvafiq materialları hazırlayır. Eləcə də, həmsədrlər prosesdə iştirak edir. Hazırlıqda biz də iştirak edirik. Bu çox ciddi və həssas işdir", - deyə Kelin vurğulayıb.

A. Kelin deyir ki, onlar lazım olan hər bir şeyi etməyə hazırdır: "Amma irəliləmək üçün hər şey tərəflərin iradəsindən asılıdır. Biz hesab edirik ki, indi sülh yolu ilə münaqişənin həlli üçün maksimum cəhdlər etmək gərəkdir və bundan sonra da bu sahədə işləmək lazımdır".

Azərbaycanda da bu görüşə böyük önəm verilir. Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun sözlərinə görə, münaqişənin həlli Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan silahlı qüvvələrindən azad olunmasından başlamalıdır. Onun sözlərinə görə, ermənilər ədalətsiz işlərindən əl çəkməlidir və bizim torpaqlar azad olunmalıdır: "Dağlıq Qarabağ camaatı öz torpaqlarına qayıtmalıdır. Azərbaycanın tələbləri Dağlıq Qarabağın və Qarabağ ətrafı regionun Ermənistanın silahlı qüvvələrindən azad olunmasıdır. Orada yenidən minalardan təmizlənmə işləri aparılmalıdır. Əhalinin təhlükəsizliyi işləri aparılmalıdır".

Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov isə bildirib ki, bölgədə status-kvonun dəyişdirilməsi münaqişənin həllində Dağlıq Qarabağ və ətrafındakı rayonların işğaldan azad olunması ilə başlaya bilər. O, Ermənistan tərəfinin Dovil bəyanatına ciddi yanaşacağına və hansısa bəhanələrlə yenə danışıqlar prosesinin vaxtının uzanmasına səbəb olmayacağına ümid etdiyini deyib.

SHERQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter