English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İrandan İrana şikayət

AZOH: Azərbaycanın Tehrandakı səfirliyi İranın "Səhər-2" kanalı ilə bağlı bu ölkənin teleradio şurasına müraciət edib

Fars rejiminin teleradio şurasının sədri Azərbaycan diplomatlarıyla görüşmək istəmir

Azərbaycanın Tehrandakı səfirliyi "Səhər-2" telekanalının anti-Azərbaycan çıxışları ilə bağlı İranın Radio və Televiziya Şurasına müraciət edib. Azərbaycanın İrandakı səfirinin müşaviri İbrahim Qafarovun ANS TV-yə verdiyi məlumata görə, səfirlik quruma dəfələrlə etirazını bildirib.

Lakin bu qurumun rəhbəri hələlik Azərbaycan diplomatları ilə görüşdən boyun qaçırır: "Bu kanal Azərbaycana qarşı böhtan xaraketrli materiallar verir. Onların qarşısı alnmalıdır. Bilirsiniz ki, İranda müstəqil heç nə yoxdur. Biz dəfələrlə demişik, hal hazırda da deyirik ki, burada radio və televiziyalar şura tərəfindən idarə olunur. Şuranın sədri Ağayi Zərdari ilə görüş istədik, amma vermədi. O, məsələ nə yerdə olduğunu bilir".

Qeyd edək ki, İranın "Səhər" kanalı dövlət teleradio qurumunun tərkibində fəaliyyət göstərir və dövlət kanalı olduğu üçün də büdcədən maliyyələşdirilir.

Azərbaycan diplomatlarına İranın teleradio şurasının rəhbəri tərəfindən görüşün verilməməsi isə aşağılayıcı münasibətdir və bunun cavabı mütləq verilməlidir.

"Xalq Cəbhəsi" qəzeti olaraq, hesab edirik ki, İran səfirliyinin Azərbaycan Respublikasındakı fəaliyyəti baykot olunmalıdır.

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter