English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Həsən Ruhani : “Farsca danışan hər kəs İranın fəxri vətəndaşıdı

“Mədəni İranın tarixi bir anlamı vardır. Onun sərhədləri hasarlar və tikanlı məftillər ilə deyil, fars dilinin beytləri və misraları ilə müəyyənləşir. Demək, farsca danışan, habelə Hafiz, Sədi, Rudəki və Mövlanənin dilini qavrayan hərkəs İranın fəxri vətəndaşıdır.” Bu, Tacikistanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhaninin Tacikistan Elmlər Akademiyasında dilə gətirdiyi sözlərdir.

İran dövlətinin rəsmi xəbər agentliyi İRNA və İran prezidentinin rəsmi veb səhifəsinin yaydığı məlumata görə, prezident Ruhani sentyabrın 10-da Elmlər Akademiyasında universitet müəllimləri və tələbələrilə danışıb.

Fars dili ilə tanış olan hərkəs iranlıdır; baxmayaraq ki, bütün iranlılar farsdilli deyil və İranın mədəniyyət və sivilizasiya hövzəsində türkcə və kürdcə kimi müxtəlif dillər mövcüddür, lakin farscanın gözəlliyi və şirinliyini onlara məlumdur.

Prezident Həsən Ruhani

Həmin toplantıda Tacikistan Elmlər Akademiyasının xarici üzvü  elan edilən İran prezidenti fars dili ilə tanış olan hər kəsin İranlı olduğunu və bu mənada Tacikistan, Əfqanıstan və İran vətəndaşları arasında fərq olmadığını vurğulayıb.

Ruhani İranda farslardan başqa digər etnik qrupların yaşadığına da işarə edib.

“Fars dili ilə tanış olan hər kəs iranlıdır; baxmayaraq ki, bütün iranlılar farsdilli deyil və İranın mədəniyyət və sivilizasiya hövzəsində türk və kürd kimi müxtəlif dillər mövcuddur, lakin fars dilinin gözəlliyi və şirinliyi onlara məlumdur,” deyə mötədil siyasətçi Höccətül-İslam Ruhani bəyan edib.

Sosial mediada Həsən Ruhaninin şərhlərini təhlil edən güneyli fəallar prezidentin Tacikistanda ifadə etdiyi sözlər ilə bağlı fərqli təpkilər sərgiləyiblər.

Bəziləri onun sözlərini İran İslam Respublikasının farslaşdırma siyasəti istiqamətində dəyərləndirib, bir qrup fəal isə keçmiş prezidentlərlə müqayisədə Ruhaninin müsbət istiqamətdə bir dəyişiklik etdiyini irəli sürüb.

İkinci qrupun fikrincə, onsuz da İran siyasətində hər zaman iranlılıq farslıq ilə bərabər tutulub, ancaq bu dəfə Həsən Ruhani ilk dəfə olaraq heç olmasa İranda qeyri-farsların da yaşadığını dilə gətirib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter