English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

YƏMƏNDƏ BİR GÜNDƏ 50 ÖLÜ

AZOH: Yəməndə hökumət qüvvələri ilə müxaliflər arasında şiddətli toqquşmalar yaşanır.

Toqquşmalarda 50-yə yaxın insan ölüb.

Təhlükəsizlik qüvvələri ilə Seyx Sadıq Əl Əhmərin lideri olduğu Haşid əşirəti mənsubları arasındakı atışmalar paytaxt Sənanın şimalındakı Hassaba bölgəsində davam edir.

Müxalifətin saxlandığı yerlərin ağır bombardman altında olduğu bildirilir. Şəhərə yayılan atışmalarda 20 nəfər ölüb. Əh-Əhmərin qardaşına məxsus olan özəl televiziya binası yandırılıb.

Dünən bağlanan Səna hava limanı yenidən açılıb. Yəmən Hava Yollarına məxsus bir bina isə yandırılıb.

Ölkənin cənubundakı Taiz şəhərindəki atışmalarda isə 30-a yaxın insanın öldüyü bildirilir.

Körfəz Əməkdaşlıq Şurası keçən ay son verdiyi vasitəçilik çalışmalarına yenidən başlayacağını açıqlayıb. Vaşinqton isə bir təmsilçisini bölgəyə göndərməyə hazırlaşır. Yəməndəki böhranın neft bazarlarında gərginliyi artırdığı bildirilir. Gündə 300 bin barrel neft istehsal edən Yəmən eyni zamanda neft nəqliyyatında önəmli yer tutur. Ölkə gündə 3 milyon barrel neftin daşındığı dəniz yolu üzərində yerləşir.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter