English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Təbrizli jurnalist ilə qızı mühakimə edilib

Ötən həftə nəzarət altına alınıb az müddətdən sonra müvəqqəti sərbəst buraxılan güneyli jurnalist Həsən Ərk və rəqs müəllimi olan qızı Solmaz yenidən Təbriz məhkəməsində sorğu-suala çəkiliblər. Bu barədə Güney Azərbaycan Televiziyası və Azərbaycan veb səhifələri məlumat verib.

Həsən Ərk və Solmaz Ərkin hansı ittihamlar üzündən təqib və dindirməyə məruz qaldıqları ilə bağlı məlumat verilmir. Amma veb səhifələri bu basqıların Solmaz Ərkin idarə etdiyi Azərbaycan rəqsi kursu ilə əlaqədar ola biləcəyini yazır.

Günaz TV-nin məlumatına görə, İran polisinin təhlükəsizlik qurumunun məmurları sentyabrın 11-də Ərk ailəsinin evinə gedib, ata və qızı nəzarət altına alıb. Solmaz Ərk bir neçə saatdan sonra, atası isə ertəsi gün zəmanət qarşılığında sərbəst buraxılıblar.

Həsən Ərk bundan əvvəl də jurnalistika fəaliyyətləri və Urmiyə Gölü ilə bağlı tədbirlərə qatıldığı üçün həbs edilib.

Güneyli jurnalist 2011-ci ilin avqust ayında 28 başqa fəalla birlikdə Təbrizin Qumtəpə məhəlləsində bir evdə Urmiyə gölünün quruması ilə bağlı toplantı keçirərkən həbs edilmişdi. O, daha sonra müvəqqəti olaraq zəmanətlə azadlığa buraxılsa da, məhkəmə tərəfindən bir il qəti, və əlavə olaraq bir il şərti həbsə məhkum edilib.

Həsən Ərk 2013 sentyabr ayında Təbriz zindanında bir il qəti həbs hökmünü bitirdikdən sonra azad edilib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter