English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی‌نین 1-مئهرلباغ‌لی بیلدیریشی

Güney Azərbaycan Sosial Demokrat Partisinin 1-Mehrləbağlı bildirişi

Dəyərli yurddaşlar

Əziz öyrəncilər

Mehr ayının 1-i yəni məktəblərin yeni təlim-tərbiyə ilinin başlanmasının  ərəfəsindəyik. Bu ildə hər il olduğu kimi başda azərbaycanlı türk uşaqlar olmaq üzrə milyonlarca qeyri-fars günahsız uşağın İran adlanan millətlər dostağında, Fars-İran dövlətinin müstəmləkəçiliyinə dayanan asimilə və fars milləti içində əritmə siyasətinə məruz qaladıqlarının və eyni zamanda dünya ictimaiyyətinin gözü qarşısında səssizcəsinə dəhşətli bir kültürel soyqırımıyla qarşığ-qarşıya olduqlarının şahidi oluruq.

Modern və çağdaş dünyada təhsil və eyitim sisetmi və yeni üsulda açılan məktəblərin əsas vəzifəsi uşaqların və ümumiyyətlə bütün insanların təlim-tərbiyəsi və toplumda ortaəsirlərin qaranlıq dövrlərindən qalan hər cürə cəhalət, geriçilik, və dini xurafata qarşı mübarizəi ilə yanaşı, onları aydınlatmaq və insanlığa layiq olan yeni iydə, fikir və düşüncələrin gətirilməsi olmuşdur.

20-ci yüzilin başlanğıcından etibarən türk dövləti olan "Məmaleke Məhruseye Qacar" da, ilk dəfə Güney Azərbaycanda Mirzə Həsən Rüşdiyyə kimi böyük və fədakar insanlarımızın vasitəsi ilə modern məktəblər açılaraq, ana dilimizdə olan çağdaş və yeni üsulda eyitimin təməli qoyulmuşdur. Lakin yazıqlar olsun ki, ana dilimizdə olan bu məktəblərin və eyitimin ömrü çox olmamış və Rza Xanın hakimiyyətə gətirilməsindən sonra türk dilinə qadağa qoyularaq onların da fəaliyyəti dayandırılmışdır. 

Güney Azərbaycanda Türk millətinə qarşı aparılan belə bir qeyri-insani siyasət 90 ilə yaxındır ki, ardı kəsilmədən davam edir və belə bir siyasətin təməli irqçı və qatı türk düşməni olan Pəhləvi dönəmində qoyulsada, onun xələf canişini olan İran islam rejimi tərəfindən dahada qəddarcasına və bütün şiddəti ilə davam etməkdədir.

Fars-İran dövlətinin ümumiyyətlə qeyri-fars millətlərə qarşı uyquladığı belə bir eyitim və təhsil sistemi, onun müstəmləkəçilik siyasətindən qaynaqlanaraq, ilk məktəb illərindən etibarən uşaqların beynlərini yuvub və get-gedə onları öz kökləri və kimliklərindən qopararaq onların böyük bir bölümünün manqurtlaşması və fars şovinizminin qulluqçuları olmaqda böyük və əsasi rol oynayır. Beləliklə də ilk məktəblərdən tutmuş universitələrə qədər və bütövlükdə təhsil və eyitim sistemi əsasi və olduqca önəmli bir vəsilə kimi İran dövlətinin siyasi alətinə çevirilərək, onun əsas amacı və ana rəsaləti uşaqları və ümumiyyətlə fars olmayan millətləri farsların içində əritmə vəsiləsi olmuş və  bu gün onların yox olmasına xidmət etməkdədir.

Belə bir eyitim və təhsil sisteminin uyqulanması elə bir halda davam edilir ki, İran İslam hakimiyyəti öz anayasasının 15-ci maddəsinə əsasən hər millətin öz ana dilində təhsil alma haqqını tanımışdır. Ancaq bu irqçı rejim, yazdığı öz qanunları belə kobudcasına ayaq altına qoyaraq, öz 35 illik qanlı-qadalı hakimiyyəti dövründə bu ümumi istək və əsasi məsələni görməməzlikdən gəlib və onun həyata keçirilməsinə çeşitli bəhanələrlə hər zaman böyük manələr və əngəllər yaratmışdır.  

Ana dilində təhsil və eyitim ilk məktəbdən tutmuş ali təhsilə qədər hər bir insan və hər bir millətin təbii və ilkin təməl haqlarından olaraq dünyanın bütün demokratik ölkələrində və hətta siyasi baxımdan demokratik olmayan bəzi çox millətli ölkələrdə həyata keçirilərək, hər bir millət üçün həyati olan bu önəmli məsələ öz düzgün həllini tapmışdır.

Güney Azərbaycanda bu gün ana dilində təhsil ümumi bir istək kimi geniş  şəkildə kütlə içində özünə yer açmış və bu istək milli azadlıq hərəkatımızın qısa vədəli istəyi kimi "Türk dilində mədrəsə olmalıdı hər kəsə" şüari altında özünü əks etdirməkdədir.

Qeyd edilməlidir ki, millətlərin əldə etdiyi ən kiçik nailiyyət belə hər millətdən və özəlliklə onun başda öncül parti və qurumları olmaq üzrə bütün milli fəallar və aydınlarından böyük fədakarlıq, mübarizə əzmi və milli iradə tələb edir və hər bir istək və azadlığın özünün bir bahası var, çünki haqq verilməz bəlkə alınar.

İran İslam rejimi kimi Qəddar və cinayətkar bir rejimə qarşı mübarizədə birlik və bərabərliyimiz olmasa heç bir qələbə və nailiyyət əldə etməyimiz mümkün olmuyacaq. Unutmayaq ki, qələbə ancaq və ancaq milli birlik və bərabərliyimizin sağlanması və milli iradəmizin ortaya qoyulmasıyla mümkün olacaqdır.

Güney Azərbaycan Sosial Demokrat Partisi, Fars-İran dövlətinin müstəmləkəçiliyinə qarşı vətənimizin azadlıq və istiqlaliyyəti uğrunda mücadilə verdiyi halda qısa vədəli olaraq məktəb və universitələrdə eyitim və təhsilin tamamilə öz türkcəmizdə olmasından yanadır.

Yaşasın Azərbaycan

Yaşasın birlik və bərabərliyimiz

Güney Azərbaycan Sosial Demokrat Partisi

22.09.2014

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter