English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

آذربایجان فئدئراسیونو ایسوئچ آفی یورداشیمیز آیلین فازئ‌لیانین ایالت پارلامئنتینه سئچیلمه‌سی ایله باغلی تبریک پیامی یایدی!

Dəyərli soydaşımız Aylin xanım Fazelian !

Sizi 10 gün öncə, 14.09.2014 tarixində, İsveçdə keçirilən bələdiyyə seçkilərində qazandığınız böyük uğur münasibətilə təbrik edirik!

Seçkilərə cəsarətlə qatıldınız və nailiyyət qazandınız. Bununla siz, bir Azərbaycan türkünün hansı torpaqda yaşamasından, dünyanın hansı guşəsində olmasından asılı olmayaraq çalışqan, əzimli, siyasi biliklərə və aydın dünya görüşünə malik olmasını nümayiş etdirdiniz.

Siz 22 yaşında gənc bir qadın, İsveçdə boya-başa çatmış bir Azərbaycan ailəsinin övladısınız. Siz, Azərbaycanın hüdudlarından kənarda yaşayan bir çox insana nümunə oldunuz ki, insan yaşadığı ölkəyə qurbət kimi deyil, tam tərsi onun üstün demokratik qurumlarından faydalanmaq üçün istifadə edə bilər. İsveç dünyanın ən demokratik, insan haqları və ümümyasal baxımından ən inkişaf etmiş ölkələrindən biridir. Sizin təmsil etdiyiniz partiya, Sosial Demokratlar partiyası nəinki İsveçin, həm də bütün qərbi Avropanın ilk partiyalarından və ən böyük, ən güclü partiyalarından biridir. Bu partiyada çalışan bir çox dünya şöhrətli siyasətçilər dünya siyasətində öz dərin izlərini buraxmışlar.

Qısa müddətdə fəal olmağın nəticəsində İsveçin ikinci ən böyük şəhəri olan Göteborq şəhərində Sosial Demokratlar Qadın Qurumunun vitse-prezidenti seçildiniz və bu vəzifədə insanların güvənini qazandınız. Yenə də Partille bələdiyyəsində mandatınızı irəli sürərək 40 nəfər mandatın arasında səs üstünlüyü qazanaraq bir Sosial Demokrat və Feminist İdeyalarınızla qalib gəldiniz.

Siz beynəlxalq siyasətlə yaxından maraqlanırsınız və biz sizin doğma vətənimiz Azərbaycanın və qardaş ölkə Türkiyənin maraqlarını hər zaman irəli sürməyinizə inanırıq. Siz insanların sosial statusundan asılı olmayaraq həyatda uğur qazanmasına və istədiyi kimi yaşaya bilməsinə inanırsınız və bu yolda çalışmağa seçicilərə söz vermisiniz.

Sizə sərbəstlik və bərabərlik uğrunda mübarizənizdə böyük uğurlar və başarılar diləyirik!

Azərbaycan Federasiyası İsveç AFİ

2014-09-24

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter