English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Əhməd Şahid: Urmiyə Gölü böhranı üzündən 600 min nəfər köçüb, qalan əhali isə yoxsullaşır

Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şahidin yaydığı yeni hesabatda Urmiyə Gölü ətrafında cərəyan edən ekoloji fəlakətə xüsusi diqqət verilib. Sənəddə 600 min əhalinin bölgədən köçdüyü və qalanlar arasında yoxsulluğun artdığı önə çəkilib.

Əhməd Şahidin bu hesabatı İnsan Haqları Şurasının BMT Baş Assambleyasının 69-cu sessiyasına təqdim etdiyi qətnaməyə müvafiq olaraq yayılıb.

Sənəddə Urmiyə Gölü böhranının çözüm yollarını müəyyənləşdirmək üçün müsbət təşəbbüslərin həyata keçirildiyinə baxmayaraq “gerçək bir addımın geçikdiyiinə” işarə edilib.

Hesabatda yerli məsulların dilə gətirdiyi narahatlıqlara da yer verilib:

“2014-cü ilin aprel ayında rəsmilər gölün 93 faizinin quruduğunu və duz səviyyəsinin iki qat artdığını bildirib. Bu xərçəng və tənəffüs orqanları xəstəliklərinin sürətlə artmasına səbəb olub. Yerli məsullar isə gərəkli addımların oktyabr ayına qədər atılmadığı təqdirdə gölün güney hissəsinin yox olub və bunun 5 milyon nəfəri köçməyə məcbur edəcəyini vurğulayıblar.”

Mətbuata açıqlanan hesabatda Urmiyə Gölü böhranının “ciddi ictimai, iqtisadi və sağlıq” məsələsi olduğu vurğulanıb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter