English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Suriya etirazları: 60-dan artıq adam öldürülüb

AZOH: Xama şəhərində etirazçılara hökumət qüvvələri tərəfindən açılmış atəş əticəsində 60-dan artıq adam öldürülüb. Çox sayda xəsarət alan var.

Cümə günü 11 həftə ərzində davam edən Suriya üsyanının ən qanlı gününə çevrilib, deyilir BBC müxbirinin təhlilində.

Jim Muir yazır ki, Bəşər Əsəd rejimi etirazların qarşısını zor gücü ilə almaq iqtidarında deyil, eyni zamanda məsələnin dinc yolla həllinə dair imkanlar cüzidir.

Müxalifət “xalq qanını” tökən prezidentlə danışmaqdan imtina edərək onun istefasını tələb edir.

Cümə axşamı mövzunu şərh edən Amerikanın dövlət katibi Suriya rəhbərliyini sərt tənqid edib.

Hillary Clinton deyib ki, Bəşər Əsədin hakimiyyətdə qalmağının legitim əsası demək olar ki, "artıq dükənib".

Ötən həftə hökumət Əsəd siyasi məhbusların bir hissəsini azad edib, hərçənd ki, minlərlə adam hələ də dəmir barmaqlıqlar arxasında qalmaqdadır və həbslər davam edir.

Suriyadakı qarışıqlıqlarda 1000-dən artıq adamın öldürüldüyü güman edilir, hərçənd ki, xarici mətbuata qoyulan qadağa ilə bağlı bu ölkədən daxil olan məlumatları alternativ mənbədən yoxlamaq mümkün olmur.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter