English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

“Orta Doğuda baş verən olaylar və Güney Azərbaycan” mövzusunda geniş tədbir keçiriidi

18 oktyabr, 2014-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Orta Doğuda baş verən olaylar və Güney Azərbaycan” mövzusunda geniş müzakirə keçirildi.

Tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açdı. O, Oncə müstəqillik günü münasibəti xalqımızı təbrik etdi. Sonra Əbülfəz Elçibəyin 76-cı ildönümü münasibəti ilə şagirdlər arasında keçirilmiş inşa müsabiqəsinin qalibləri və fərqlələnlər diplomla təltif edildi. 313 saylı orta məktəbin məzunu Humay İsmayıl 1-ci, 311 sayli orta məktəbin XIa sinif şagirdi Orxan Cahangirli 2-ci, 313 saylı orta məktəbin XI sinif şagirdi Aydan Nağıyeva isə 3-cü yerin diplomları ilə təltif edildilər. Digər 5 nəfər isə (İnci Məmmədova, Nərmin Allahverdiyeva,  Cahangir Cahangirli, Təhmasib Məmmədov, Lələ Teyyublu) fərqlənməyə görə diplumla təltif edildi. Diplomları BAO Mərkəzi Şurasının üzvü, türkoloq Aydın Mədəduğlu təqdim etdi.

Daha sonra söz Yaxın şərq üzrə araşdırmaçı, BAO idarə heyətinin üzvü Sədrəddin Soltana verilib. S.Soltan çıxışı zamanı İŞİD-PKK qarşıdurmasından, İraq türkmənlərindən danışıb. O, həmçinin bildirib ki, İran, İslam İnqilabı Keçikçiləri vasitəsilə İraq və Suriyadakı şiələrə dəstək verir.

S.Soltan dünya mətbuatının Yaxın Şərqdə baş verən hadisələrlə bağlı sosial fikri yayındırdığını da bildirdi:

"Dünya mətbuatında İraq türkmənlərinə verilən əziyyətlə haqqında bir dənə xəbər çıxmadı. Amma indi kürdləri əzilən tərəf kimi göstərirlər. Hər kəs də elə bilir ki, İŞİD çox güclüdür, onlara qarşı kürdlər döyüşür, ABŞ və İngiltərə də göydən İŞİD-i bombalayır".

Məruzədən sonra Tofiq Türkel, Bəxtiyar Tuncay, Əjdər Tağızadə, Solmaz Bilgin, Nəcəfalı Cahangirli, Rüfət Muradlı və b. mövzu ətrafında çıxış edərək oz fikirlərini bölüşdülər.

Sonda tədbirin qəbul olunmuş qətnaməsi oxundu. qətnamənin mətni aşağıdakı kimidir.

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Orta Doğuda baş verən olaylar və Güney Azərbaycan” mövzusunda keçirilmiş tədbirin

QƏTNAMƏSİ

Biz, tədbir iştirakçıları bildiririk ki, son aylar Orta Doğuda baş verən olaylar ölkə ictimaiyyətinin də narahatlığına səbəb olduğundan həmin olaylarla bağlı bir sıra mətləbləri ölkəmizin, dünya ictimaiyyətinin, beyənəlxalq qurumların, habelə aparıcı dövlətlərin diqqətinə çatdırmalıyıq.

Biz Orta Doğuda baş verən hərbi-siyası və ictimai hadisələrlə bağlı beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətlərindən aşağıdakı problemlərin həlli istiqamətində fəaliyyəti gücləndirmələrini tələb edirik:

- İraq və Suriyada yaşayan türkmanlara qarşı aparılan kütləvi soyqırımın qarşısı alınsın;

- Türkiyənin sərhəd toxunulmazlığına qaşı təhdidlərə və bu dövlətin yersiz hərbi əməliyyatlara təhrik edilməsinə son qoyulsun;

- İran rejimi tərəfindən Güney Azərbaycan milli fəallararına qarşı aparılan repressiyalar dayandırılsın və Azərbaycan türklərinin milli haqlarının təminini tələb edən siyasi məhbuslar azadlığa buraxılsın.

Biz həmçinin Azərbaycandakı KİV-ni Orta Doğuda və Güney Azərbaycanda baş verən hadisələrin obyektiv və geniş işıqlandırılması işini gücləndirməyə və baş verəcək ictimai-siyasi proseslərə hazır olmağa çağırırıq.

Bakı, 18.10.2014.

BAO İnformasiya xidmət

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter