English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İRAN ALİ DİNİ LİDERİ ABŞ-a MEYDAN OXUDU

AZOH: İyunun 4-də İranda İslam inqilabının lideri Ayətullah Xomeyninin vəfatının ildönümü keçirilib. İslamazeri saytının məlumatına görə, inqilab liderinin Tehran yaxınlığındakı məqbərəsində baş tutan mərasimdə ali dini lider Ayətullah Seyid Əli Xamenei də daxil olmaqla dövlət rəhbərləri, siyasilər, ictimaiyyət nümayəndələri, ruhanilər iştirak edib.

Tədbirdə çıxış edən Ayətullah Xamenei 22 il əvvəl vəfat etmiş Xomeyni haqda danışıb, eləcə də bir sıra siyasi hadisələrə toxunub. Xamenei inqilabçılıq adına siyasi ixtilaflar yaradılmasını cəmiyyətin təhlükəsizliyini sarsıdacağını, bunun isə yoldan sapmaq mənasını verdiyini bildirib. Xamenei İranın hər növ ABŞ əleyhdarı olan islami və xalq hərəkatına dəstək verdiyini bildirib. Deyib ki, ölkəsi Amerikanın və sionistlərin təhriki ilə başlanan hərəkatlara dəstək verməyəcək. Yəmən, Liviya və Bəhreyn xalqlarının qələbəyə çatacaqlarını bildirən İran ali dini lideri xalqların təbii oyanışı və inqilabı heç kimin əngəlləyə bilməyəcəyini bildirib.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter