English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Cənubi Azərbaycanda bəhayi türklərə basqılar davam edir

Keçən bir neçə ay ərzində güneydə yaşayan bəhayi türklərə qarşı basqıların çoxalmasından sonra Həmədan vilayətində iki bəhayi ailəsinə məxsus evlərin naməlum şəxslər tərəfindən yandırılması ilə əlaqəli xəbərlərin yayılması bu azlığın təhlükəsizliyi ilə bağlı narahatlıqları xeyli artırıb.Bahaii_Symbol

Noyabr ayının 15-də yayılan xəbərlərə görə, keçən iki həftə ərzində Həmədan vilayətinin Üçtəpə və Əmzəcird kəndlərində bəhayi türklərdən olan Himməti və Əqdəsi ailələrinin evləri naməlum şəxslər tərəfindən yandırılıb.

İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyi olay zamanı hər iki ailənin Həmədan şəhərindəki evlərində olduqlarını bildirib.

İnsan haqları qrupları həmçinin ötən ay ərzində Təbrizdə vəfat edən azı iki bəhayinin Təbriz məzarlığında dəfninə icazə verilmədiyini yazıblar.

Yayılan məlumata istinadən, məmurlar 12 yaşlı Mohənna (Məhna) Səməndəri və 85 yaşlı Nərgis Xatın Bərqabadinin cəsədlərini müvafiq olaraq vəfat etdikdən 24 gün və 5 gün sonra ailələrinin razılığı alınmadan Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində dəfn ediblər.

Hüquq müdafiəçiləri son bir neçə ayda Təbriz, Urmiyə və Həmədan kimi şəhərlərdə ailə üzvləri daxil olmaqla bir çox bəhayinin fərdi və kollektiv şəkildə nəzarət altına alındığını bildirirlər. Bunların bəzisi mühakimə edildikdən sonra ağır həbs cəzası ilə üzləşib.

İran Azərbaycanında yaşayan türklərin əksəriyyəti şiədir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən əhli-haqq/ələvilər, sünnilər, bəhayilər və xristianların da sayı az deyil. Güneyli hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm dini ayrı-seçkiliyə məruz qaldığını vurğulayırlar.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter