English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Pantürkizm ilə ittiham edilən 22 fəal Urmiyədə mühakimə edilib

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, əksəriyyəti keçmişdə Urmiyə Gölü ilə bağlı keçirilən etirazlara qatıldıqları zaman nəzarət altına alınmış 22 gənc fəal dekabrın 16-da Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhərində İran İslam İnqilabı Məhkəməsi tərəfindən mühakimə edilib.

Oyan News saytına istinadən, İnqilab Məhkəməsi urmiyəli fəalların “pantürkist qrup təşkil etmək”, “pantürkist siyasi cərəyanları dəstəkləmək” və siyasi toplantı keçirmək istiqamətində fəaliyyət göstərdiklərini irəli sürərək onları “milli təhlükəsizliyə qarşı fəaliyyət” və “rejimə qarşı təbliğat” aparmaqda ittiham edib.

Mühakimə edilən fəalların 21-i keçən iyun ayının 10-da Urmiyə Gölü ətrafında ekoloji fəlakətlə bağlı İran hakimiyyətinin siyasətlərinə etiraz etmək və ya nümayişlərdə iştirak səbəbilə nəzarət altına alınmış, bir müddət sorğu-sual edildikdən sonra müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Mühakimə edilən 21 fəalın adı :

Yasir Əkbəri, Nima Həsəni, Məhəmməd Məhəmmədi, Ata Kərimi, Milad Muxtari, Ruhullah Məzahiripur, Əmir İbrahimli, Yasin Hacizadə, Ehsan Bədirmilan, Mustafa Haşimi, Məhəmməd İmaməlipur, Süheyl Dəiri, Rza Şahnazi Gülcavan, Yunus Ərşəd, Əli Həlavətnigar, Homayun Rəhimi, Əmin Xudapərəst, Salar Xəlilpur, Rza Heydəri, Rza Çəmək və Ramin Xəlili.

Əmin Xudapərəst, Rza Çəmək, Yasin Hacizadə və Əli Həlavətnigarın nəzarət altına alındıqları zaman yaşları18-dən az olduğu üçün İnqilab Məhkəməsində mühakimələrinin qanunsuz olduğunu qeyd edərək etiraz etdikləri bildirilib.

Yasir Əkbəri eyni gündə iki dəfə mühakimə edilib.

O və digər bir urmiyəli fəal Məhəmməd Təməddün ötən may ayında Urmiyədə keçirilən Beynəlxalq Karate Turnirində Azərbaycan Respublikası və Türkiyədən qatılan idmançıları alqışladıqları və Azərbaycan bayrağı yanında şəkil çəkdikləri üçün bənzər ittihamlarla üzləşmişdi.

Amnesty International İran Azərbaycanı ilə bağlı yaydığı bəyanatlarında pantürkizm damğasını “anlaşılmaz” ittiham kimi qiymətləndirir.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter