ABŞ-DAN İRAN HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA YENİ SANKSİYA
AZOH: ABŞ İranda 2009-cu ildə keçirilən prezident seçkilərindən bəri ciddi insan haqları pozuntularına yol verdikləri səbəbilə İran polisinin rəhbəri və iki ayrı hüquq-mühafizə orqanına sanksiya tətbiq etmək haqda qərar qəbul edib.
Sanksiyalar sözügedən şəxslərin və birliklərin əmlakının dondurulmasını və ABŞ vətəndaşlarının onlarla əlaqəsinin qadağan olunmasını nəzərdə tutur.
Qərar eyni zamanda bu şəxslərə və qurumların təmsilçilərinə ABŞ vizasının verilməməsini də əhatə edir.
TRT