English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Türkiyədə parlament seçkilərinə iki gün qaldı

AZOH: Türkiyədə seçki kampaniyası o qədər şiddətlə sürür ki, hətta tamaşaçı kimi bu prosesləri izləmək xeyli əsəb və dözüm tələb edir. Gör, türk siyasətçiləri, diplomatları nə qədər dözümlüdürlər.

Fikrimcə, qardaş ölkənin geosiyasi baxımdan həddən artıq gərgin bölgədə yerləşməsi Türkiyədəki siyasi mübarizəni də ciddi şəkildə ağırlaşdırır. Bütün çətinliklərə baxmayaraq, siyasətçilərin gərgin seçkilərdən keçməsi türk siyasi mühitinin üstünlüyüdür. Bu məqam qardaş ölkənin qlobal dünyada daha inamlı siyasət yürütməsi bacarığını artırır.

Türkiyədə hansı partiyanın öndə olacağı geniş müzakirə olunur. Mənim fikrimcə, Azərbaycan üçün ən vacib olan məsələlərindən biri Türkiyə Böyük Millət Məclisinin yeni üzvlərinin ölkəmizin problemlərinə necə yanaşmasıdır.

Onu da deyim ki, Sürix protokolları, Ermənistanla sərhədlərin açılmasıyla bağlı qalmaqallardan sonra Türkiyə siyasi mühiti barədə kifayət qədər ciddi rəyimiz formalaşıb. Həmin olaylar zamanı Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəklədilər, ictimai rəyi yönləndirdilər.

Əslində işğalçı Ermənistanla sərhədlərin açılmaması Türk xalqının mövqeyidir. Bunun səbəbləri haqqında geniş yazmaq niyyətində deyiləm. Amma onu vurğulayım ki, erməni məsələsində eyni mövqe ortaya qoymağı həm Türkiyənin, həm də Azərbaycanın milli-dövlətçilik maraqları tələb edir. Erməniləri diplomatik oyuna gətirməklə problemləri "sıfırlamaq" niyyətində olan hakim AKP isə Ermənistanın, erməni diasporunun və bu işğalçı dövlətin arxasında duran Rusiyanı bir daha yaxından tanıdı.

Düzdür, Rəcəb Tayyib Ərdağanın birbaşa göstərişi ilə Qarsdakı erməni abidəsinin sökülməsi ilk baxışdan adi hadisə sayılsa da, AKP-nin erməni məsələsinə münasibətinin kifayət qədər sərtləşməsinin (dəyişməsinin) göstəricisidir. Türkiyə prezidentinin, baş nazirinin sərhədlərin açılmayacağı ilə bağlı bəyanatları, bunun birbaşa Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından asılı olmasını dəfələrlə bildirmələri xalqımızı xeyli rahatladıb. Ancaq CHP-nin bəzən Hrank Dink və s. ermənilərlə bağlı mövqeləri Azərbaycan ictimai rəyində narahatçılıqla qarşılanır, ancaq düşünürük ki, bu solçu partiyanın təbliğat üsullarından biri ola bilər. Çünki yuxarıda qeyd etdiyimiz kimi CHP də müxtəlif məsələlərdə birbaşa Azərbaycanın yanında dayanıb.

Türkiyənin demokratikləşməsi, inkişafı, bölgənin super gücü olması Azərbaycanın marağındadır. Onu da deyim ki, Türkiyənin ən böyük gücünün məhz Türk Demokratiyası olduğunu xüsusi vurğulayırıq. Türk xalqı hansı partiyaya səs verəcək, kimi hakimiyyətə gətirəcək, bu onun öz seçimidir. Buradan kiminsə durub hansısa partiyaya xüsusi önəm verməsini vurğulaması, türk xalqına ağıl öyrətmək cəhdini düzgün addım saymırıq. Ancaq ona da inanırıq ki, türk xalqı bir çox məsələlərlə yanaşı, Azərbaycana necə münasibət bəsləməsinə görə də öz partiyaları, deputatlığa namizədi seçirlər.

Budəfəki seçkilərdə bir sıra ciddi dəyişiklər özünü göstərir. Əvvəlki seçkilərdə dindən siyasət məqsədi üçün istifadə olunması halları daha çox görünürdü. Mənim fikrimcə, artıq AKP islamçı mahiyyətindan daha çox mühafizəkar xarakterini göstərməyə başlayıb. Seçkinin sonuna yaxınlaşanda bir sıra solçu ideyaları mənimsəyən AKP-nin hətta islamçı-dinçi mahiyyətindən müəyyən qədər uzaqlaşdığını da iddia etmək mümkündür.

Bu seçki Türkiyənin prezident üsul- idarəli sistemə doğru mühüm addımı ola bilər. Müxtəlif siyasi, idari addımlar Rəcəb Tayyib Ərdoğanın ABŞ-dakı prezident sisteminə bənzəyən bir sistemə üstünlük verdiyini, Abdulla Güldən sonra prezident seçilmək iddialarından xəbər verir. Hələ bununla bağlı tam təsəvvür formalaşmasa da AKP-nin yenidən parlamentdə əksər çoxluğu əldə etməsinin ciddi Konstitusiya dəyişiklikləri də özüylə gətirəcəyini söyləməyə imkaan yaradır. Arzumuz budur ki, bütün islahatlar Türkiyənin daha da demokratikləşməsini, siyasi, iqtisadi, hərbi baxımdandan daha da güclənməsinə səbəb olsun. Çünki qlobal dünyada böyük güclər demokratik ölkələrə istədikləri kimi təzyiq göstərə bilmirlər. Elə etmək lazımdır ki, Türkiyənin proqnozlaşdırılan prezidentlik üsul-idarəsi də ölkənin demokratikləşməsinə zərər gətirməsin.

Rəy sorğuları AKP-nin öndə olduğunu göstərir və bununla bağlı müxtəlif iddialar səsləndirilir, proqnozlar ortaya qoyulur. Birləşmiş Ştatların PEW adlı araşdırma şirkətinin apardığı rəy sorğusuna görə, əhalinin 48 faizi gedişatdan razıdır, 49 faiz məmnun deyil. Məmnun olanların sayı 2010-cu ildəki 32 faizdən 48 faizədən artsa da, cəmiyyətin yarı bölündüyü də göz önündədir. Yaşı 50-dən çox olanların 64 faizi, yaşı 30-49 olanların 41 faizi, 30 yaşdan az olanların 32 faizi Türkiyənin vəziyyətindən məmnundurlar. Anketə qatılanların 49 faizi ölkə iqtisadiyyatının yaxşı vəziyyətdə, 48 faizi isə pis vəziyyətdə olduğunu düşünür. 2010-cu ildə isə məmnun olanların nisbəti 34 faiz, məmnun olmayanlar isə 65 faiz idi.

Araşdırma şirkəti Türkiyə ilə yanaşı 16 ölkə vətəndaşlarından Rəcəb Tayyib Ərdoğana güvənib- güvənmədikləri, başqa ölkə vətəndaşlarının Türkiyəyə necə baxdıqları, Türkiyə əhalisinin Avropa Birliyinə münasibətini, Türkiyənin Avropaya və ya Orta Şərqə yönəlik siyasət yürütməsi və s. barədə suallar verib. Həmin anketlərin nəticəsini qəzetimizdə dərc edirik. Özünüz baxın və qiymətləndirin. Bu qardaş ölkədəki parlament seçkisinin nəticələri barədə ilkin rəyə gəlməyinizə kömək edəcək.

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter