English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

SURİYADA GƏRGİNLİK DAVAM EDİR

AZOH: Suriyada bu həftə cümə namazından sonra baş verən silahlı qarşıdurmalar zamanı ölənlərin sayı 36 nәfәәrә çatıb. Verilən məlumatlara görə Suriya hakimiyyətinə etiraz edənlər polis məntəqələrinə hücüm edib. Buna cavab olaraq asayiş qüvvələri tanklardan aksiyaçılara atəş açıb. Bununla yanaşı aksiyalar başlayandan ilk dəfə olaraq ordu qüvvələri askiya iştirakçılarını dağıtmaq üçün onları helikopterlərdən atəşə tutub. Müxalifətin açıqlamalarına görə Suriyada aksiyaların başladığı 3 ay ərzində 1300 nəfər həlak olub.

Qeyd edəki, Suriyada müxalifətə qarşı güc tədbiq edilməsinə dair görüntülərin yayımlanması rəsmi Dəməşqə qarşı təziqlırin artmasına səbəb olub. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan baş verənlərə münasibət bildirərək olanları vəhşilik kimi qiymətləndirib.

BMT-nin baş katibi Pan Gi mun isə hər ötən gün suriyada ölənlərin sayının artmasından narahatlığını ifadə edib. Rəsmi Vaşinqton və Bürüssel də Bəşər Əsəd hakimiyyətini humanitar fəlakətə yol açmaqda günahlandırıb. Onlar Suriya hakimiyyətini Beynəlxalq Qızl Xaç komitəsinin ölkəyə buraxılmasına icazə verməyə cağırıb. Avropa Birliyi də bu məsələ ilə bağlı eyni mövqedən çıxış edib. Bu arada Suriyadan Türkiyəyə gələnlərin sayı 4 mini keçib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter