English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Ermənistan, Azərbaycan və Rusiya Moskvada görüşdülər

AZOH: Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan Moskvada bağlı qapılar arxasında görüşüblər

Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri bağlı qapılar arxasında görüşüblər.

Təhlilçilər bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin çözümünə dair prezidentlər səviyyəsində İyunun 25-ə təqvimlənmiş görüş uzun müddətdir ki, davam edən durğunluğa son qoya bilər.

Şənbə günü keçirilmiş bu görüşün təşəbbüskarı yenə də Rusiya prezidenti Dmitri Medvedevdir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç deyib ki, 25 İyun Qazan danışıqlarından Moskvanın məqsədi tərəfləri münaqişənin çözümünə dair təməl prinsiplərə razılaşdırmaqdır.

O deyib ki, Minsk Qrupunun həmsədrləri Fransa və ABŞ da məsələnin təcililiyinə inanırlar.

Şənbə görüşündən sonra xarici işlər nazirləri heç bir bəyanat verməsələr də, görüş ərəfəsində Azərbaycan prezidentinin müşaviri Qazan danışıqlarına böyük ümidlərin bəsləndiyini söyləyib.

Ötən həftə Ermənistanın xarici işlər naziri bəyan etmişdi ki, “görüşdə gözlənilən tərəqqi əldə oluna bilər, bir şərtlə ki, Azərbaycan tərəfi də bununla razılaşsın”.

Təməl prinsirlər barədə razılaşmanın əldə olunması yerlərindən qaçqın düşmüş yüz minlərlə Azərbaycanlının yurdlarına qayıtmasına imkan yarada bilər.

Müşahidəçilər bunu da qeyd edirlər ki, istər Ermənistanda, istərsə də Azərbaycanda müxalifətin siyasi fəallığının artması da prezidentləri cəld tərpənməyə sövq edir.

Ermənistan tərəfi bildirir ki, o, münaqişə iştirakçısı olmasa da Daqğlıq Qarabağ Ermənilərinin qarantıdır, Azərbaycan tərəfi isə vaxtaşırı davakar bəyanatlar səsləndirir.

Lakin Yerevanda mənzillənmiş təhlilçi Riçard Kirakosyan Nyu-York Taymz qəzetinə bildirib ki, Qazan danışıqlarından ağlabatan bir nəticə gözləmir.

O deyib ki, təməl prinsiplərin hazırda razılaşdırılması qeyri-real görünür.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter