English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Təbrizdə 19 futbol azarkeşinə həbs və şallaq cəzası!

İran cəza məhkəməsi 2013 ilin fevral ayında Asiya Çempionlar Liqası oyunları çərçivəsində Təbrizdə keçirilən Traktorsazi-Əl-Cəzirə matçından sonra nəzarət altına alınmış 19 futbol azarkeşini şərti olaraq 3 ay 1 gün həbs və 30 şallaq cəzasına məhkum edib.traxtur

Hakim Səccad Həbibi tərəfindən çıxarılan hökm Azoh saytı tərəfindən nəşr edilib.

Sənəddə yazılanlara görə, 19 Traxtor azarkeşi Traxtor və Əbu-Dabinin “Əl-Cəzirə” komandaları arasındakı futbol matçı zamanı iğtişaş və qarışıqlıq törətdikləri üçün ümumi asayişi pozmaqda günahlandırılıblar.

Müttəhimlər gələn 2 il ərzində bənzər fəaliyyətlər göstərsələr hökm qəti hesab edilərək, şallaq və həbs hökmü icraya qoyulacaq.

Traktorsazi-Əl-Cəzirə futbol matçında baş verən olaylar İran, ərəb ölkələri və Türkiyə mediasında geniş şəkildə işıqlandırılmışdı. Həmin oyun zamanı Təbriz stadionunda üzərində ingiliscə “Güney Azərbaycan İran Deyil” sözləri yazılmış böyük plakat nümayiş etdirilmişdi.

Hakim Həbibinin imzaladığı hökmdə sözügedən 19 nəfərdən əlavə bir neçə başqa müttəhimin də spirtli (alkollu) içki içmək və evlilikdən xarici əlaqədə olmaqla ittiham edildiyi bildirilib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter