English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

TÜRKİYƏDƏKİ SEÇKİDƏ MƏĞLUB OLAN AB-DİR"

AZOH: "Times" qəzetinə yazı yazan İngiltərənin keçmiş xarici işlər naziri Cek Strou Türkiyədəki seçkilərin nəticələrini dəyərləndirib.

Avropa Birliyini sərt sözlərlə tənqid edən Strou "Ərdoğanın seçkidəki qələbəsi demokratiya ilə islamın bir arada ola bilməyəcəyini söyləyənləri yalançı çıxardı. Avropa özünə güvənən bu Türkiyəni qucaqlamalıdır" deyib.

AK Partiyanın İngiltərə siyasətinəki partiyalara barmaq dişlədəcək bir uğurla üçüncü dönəmə başladığını bildirən Strou bu uğurun Türkiyə iqtisadiyyatının inkişafı ilə bağlı olduğunu qeyd edib.

Ərdoğanın seçkidən sonra konstitusiya üçün uzlaşma sözü verməsinə və Ankaranın Suriyada yaşananlara səssiz qalmamasına işarə edən keçmiş nazir qeyd edib ki, bütün bunlar Türkiyənin demokratik səviyyəsinin yüksəlməkdə olduğunu sübut edir.

Cek Strou Türkiyənin Avropa Birliyindən vaz keçmədiyini qeyd edib: "Ancaq Brüsseldə Türkiyənin artan regional gücündən və iqtisadi siyasətindən narahat olanlar var. Ortada ittiham ediləcək biri varsa, o da Türkiyə deyil, Avropa Birliyidir. Nəticə etibarilə seçkilərdən məğlub çıxan Avropa Birliyi oldu. Çünki avropalı liderlər tam da ərəb baharının nəticələrinin istədikləri yöndə şəkillənməsini istədikləri bir dövrdə Yaxın Şərqin ən güclü, ən zəngin və ən demokratik ölkəsinə arxa çeviriblər,

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter