English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

QƏDDAFİNİN BOMBALARI TUNİSƏ DÜŞÜB

AZOH: Liviya əsgərlərinin hökumətin nəzarətindəki nöqtələrdən Tunisə "Qrad" raketləri atdığı bildirilib.

Ən azı 5 raketin Tunis torpaqlarındakı Əl Mrabeh bölgəsinə düşdüyü qeyd edilib. Şahidlər bunun Liviya lideri Müammər Qəddafi qüvvələri tərəfindən həyata keçirilən ən ağır bombardman olduğunu bildiriblər.

ABŞ müdafiə naziri Robert Qeyts Liviya lideri Qəddafinin devrilməsinin qaçılmaz olduğunu söyləyib.

Liviyaya yönəlik müdaxiləyə başlanğıcda qarşı olduğunu deyən Qeyts bu ölkədəki toqquşmaları dəyərləndirərkən "Qəddafi devriləcək. Bu ya öz iradəsiylə olar, ya da başqası onun üçün bu işlərlə məşğul olar" ifadəsindən istifadə edib.

Qeytsin bu sözləri Liviya ordusunun və ya öz ailəsinin Qəddafinin əleyhinə dönə biləcəyi şəklində şərh edilib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter