English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

TÜRKİYƏ PARLAMENTİNƏ 4 AZƏRBAYCANLI MİLLƏT VƏKİLİ SEÇİLİB

AZOH: İyunun 12-də Türkiyədə keçirilən parlament seçkilərində qələbə qazanan millət vəkilliyinə namizədlər arasında azərbaycanlılar da var. “Yeni Müsavat” həmin şəxslərin ilkin siyahısını əldə edib. Milliyyətçi Hərəkat Partiyasının siyahısı ilə Türkiyə Böyük Millət Məclisinə iki azərbaycanlı düşüb.

Bunlardan biri ölkəmizdə çox yaxşı tanınan və bundan öncə də millət vəkili olan MHP Mərkəzi Yönətim Kurulunun üzvü Atılla Qayadır. Atilla Qaya həm də Türkiyədəki ülküçü hərəkatının tanınan isimlərindən biridir; əski Ülkü Ocaqları başqanıdır. Digər azərbaycanlı millət vəkili isə Sinan Oğandır. A.Qaya MHP-nin siyahısı üzrə İstanbuldan, S.Oğan isə İqdırdan millət vəkili seçiliblər. Sinan Oğan da gənc olmasına rəğmən Türkiyənin siyasi dairələrində və informasiya məkanında yaxşı tanınır.

Onlardan başqa, əslən Azərbaycandan olan və qardaşı Qarabağ savaşında iştirak edən Şuay Alpay AKP-nin deputatlığa namizədlər siyahısı ilə Elazığdan, Alı Ozgündüz isə CHP-nin siyahısı ilə İstanbuldan millət vəkili seçiliblər.

Bundan sonra onlar dörd il TBMM-də təmsil olunacaqlar. Yaxın vaxtlarda azərbaycanlı millət vəkilləri ilə əlaqə yaradaraq, onların fikirlərini və ömürlükləri barədə bilgiləri oxucularımıza çatdırmağa çalışacağıq. Qeyd edək ki, Türkiyə parlamenti yeni tərkibdə öz işinə iyunun 24-də başlayacaq.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter