English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranda Ana Dili Günündə tutulan fəallara qarşı ittihamlar bəlli deyil

Azərbaycan veb səhifələri və insan haqları fəallarının yaydığı məlumata görə, Dünya Ana Dili Günü tədbirləri ilə bağlı İran Azərbaycanı və Tehranda nəzarət altına alınan türk dil haqları müdafiəçilərinin ittihamı bəlli edilmədən həbsləri davam edir.

21 fevral günü nəzarət altına alınanlardan biri sabiq universitet müəllimi Əlirza Fərşi Tehranda Dünya Ana Dili Gününü qeyd etməyə icazə almaq üçün İran rəsmilərinə müraciət edən fəallardan biri idi.

Amerikanın Səsinin fəalın yaxınlarından əldə etdiyi məlumata görə, Əlirza Fərşi 6 Ettelaat məmuru Tehrandakı evində həbs olunub. Həbs zamanı güc tətbiq edən təhlükəsizlik qüvvələri fəalın şəxsi kompüter və kitablarını da müsadirə ediblər.

Hazırda Evin həbsxanasında saxlanılan dil haqları müdafiəçisinin hansı ittihamla günahlandırıldığı bəlli deyil. Əlirza Fərşi mədəni fəaliyyətləri üzündən keçən illərdə də həbs və mühakiməyə məruz qalaraq universitet müəllimliyi işindən uzaqlaşdırılıb.

O, 2014 Fevral ayında Tehranda Ana Dili Günü ilə bağlı keçirilən tədbirdə də nəzarət altına alınıb və iki aydan artıq Evin həbsxanasında saxlanılmışdı. Fərşi həmin müddətdə məruz qaldığı basqı və məmurların qeyri-münasib rəftarı ilə əlaqədar İran prezidentinin etnik və məzhəbi azlıqlar üzrə müşaviri Əli Yunesiyə məktub ünvanlamışdı.

Oyan News saytının yazdığına görə, Ana Dili Günü ilə bağlı həbs edilən digər fəal Aydın Zakiri isə Ərdəbil vilayəti Xiyav şəhərinin yaxınlığında Qaradərviş kəndində tutulub.

Azərbaycan veb səhifələri Güney Azərbaycanın digər şəhərləri o cümlədən, Binabda də bir neçə fəalın tutulduğunu bildirirlər.

Oyan News-un məlumatına görə, Ana Dili Günü ərəfəsində Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində həbs edilən fəallar İslam Əli Əkbərli, Araz Xassətaraş və Əmin Hacılının da hansı ittihamlarla tutulduğu ailələrinə bildirilməyib.

Tehranda Ana Dili Günü tədbirlərinin keçirilməsinə icazə verilməyib

Tehranda Ana Dili Günü ilə bağlı tədbir keçirməyə icazə almaq üçün dövlət orqanlarına müraciət edən tanınmış yazarlar Eyvaz Taha və Hüseyn Məhəmmədxani bu istiqamətdə apardıqları səylərin nəticə vermədiyini bildiriblər.

İki tanınmış yazar bu barədə sosial şəbəkələrdə birgə müraciət məktubu nəşr ediblər. Müraciətdə, hökümət orqanlarının rəftarının prezident Həsən Ruhaninin verdiyi “ədalət” və “ümid” şüarlarına uyğun olmadığı vurğulanıb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter