English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Astanada Rusiya və İran prezidentlərinin görüşü keçirilir

AZOH: Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilən Qazaxıstan paytaxtı Astanada Rusiya, İran və Qazaxstan prezidentlərinin görüşü başlayıb.

Məlumatlara görə,Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştrakı ilə Rusiya prezidenti Dmitri Medvedev və İran prezidenti Mahmud Əhmədnejad arasında danışıqlar sammitin açılış hissəsi baş tutmuş Müstəqillik sarayında keçirilir.

Medvedev – Əhmədinejad danışıqlarından əvvəl yayılmış məlumatlara əsasən, danışıqların əsas mövzusunun Tehranın nüvə proqramı ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin tələblərinin yerinə yetirməsi ilə bağlı olacağı ehtimal olunurdu.

Şanxay Əməkdaşlıq Təşkilatında İran müşahidəçi ölkə statusuna malikdir.

Son dəfə Rusiya prezidenti Dmitri Medvedev və İran prezidenti Mahmud Əhmədnejad arasında danışıqlar ötən ilin noyabr ayında Bakıda, Xəzəryanı ölkələrin sammiti çərçivəsində keçirilmişdi.

Bundan başqa, Astana sammiti çərçivəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev bir sıra təklif və təşəbbüslərlə çıxış edib.

O, ərazi və regional münaqişələrin həlli üzrə müşavirələrin təşkilini, onun çərçivəsində isə potensial qaynar nöqtələrdə, təşkilatın məsuliyyət dairəsinə daxil olan zonalarda qabaqlayıcı tədbirlərin görülməsini təklif edib.

Nursultan Nazarbayev bildirib ki, son illər qonşu Qırğızıstanda iki güclü siyasi münaqişə və çevriliş müşahidə etsələr də, təşkilat heç bir qərar qəbul etməyib.

O, həmçinin Qazaxstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın üzv olduğu, İran, Hindistan, Monqolustanm və Pakistanın müşahidəçi statusuna malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatının vahid nəqliyyat-energetika məkanının işlənməsinə başlamağı məqəsədəuyğun hesab edir.

Öz növbəsində Rusiya prezidenti Dmitri Medvedev Əfqanıstanla daha sıx əməkdaşlığa çağırıb.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter